Bu gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə "Kanal13" internet televiziyasına istinadən Bərdə rayonu Soğanverdilər kəndində yol kənarındakı dayanacaqda ucaldılmış Azərbaycan və Türkiyə bayraqlarının rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayevin göstərişi ilə endrilməsi barədə video-material yayımlanıb.
Moderator.az yayılmış məlumatları dəqiqləşdirmək və nə baş verdiyini aydınlaşdırmaq üçün Bərdə rayonu Soğanverdilər kənd icra nümayəndəsi Rafiq Ələsgərovla əlaqə saxlayıb.
İcra nümayəndəsi bildirib ki, həmin bayraq dirəkləri Tərtər-Ağdam magistral yolunun kənarındakı dayanacaqda özbaşına olaraq basdırlıb və "Bayraq haqqında" Azərbaycan Respublikası qanunu ilə daban-dabana ziddiyyət təşkil etdiyindən milli atributumuza edilən bu hörmətsizliyin aradan qaldırılması üçün məhz onun göstərişi ilə həmin bayraqlar oradan götürülüb.
İcra nümayəndəsi bayrağımızın hər birimizin qürur yeri olduğunu və ona hər kəsin hörmət və ehtiram bəsləməyə borclu olmasını xatırladaraq qanunun tələblərinin pozulmasının, bu cür özfəaliyyətin əslində bayrağımıza hörmətsizlik gətirilməsinin yolverilməz olduğunu vurğuladı.
Moderator.az
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU oxucuların diqqətinə çatdırır:
Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər
2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.
2.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binalan üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.
2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasına Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır.
2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.
2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:
2.5.1.Azərbaycan Respublikasının bayram günlərində;
2.5.2.hərbi andiçmə mərasimində;
2.5.3.hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;
2.5.4.hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.
2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.
2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.
Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası Prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.
3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.
3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.
Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi 5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.
Tarix: 2-09-2020, 06:47