Ukrayna Qərbdən daha çox yardım və onun işlərinə qarışmasını gözləyirdi, ona görə də indi o, öz tərəfdaşlarının siyahısını genişləndirməyə çalışır. O, Çinlə əməkdaşlıq müqaviləsi bağladı. Moderator.az xəbər verir ki, politoloq Nikolas Tenzer “Atlantico.fr” portalı üçün yazdığı məqalədə bunun Avropa üçün eyni anda üçqat təhlükə daşıdığını bildirir. Politoloq yazır
ki, Çin getdikcə
daha çox Ukrayna ərazisinə daxil olur. Belə ki, iyunun sonunda Vladimir Zelenski Pekinlə tərəfdaşlıq sazişi imzalayıb və Ukrayna Çinin
“Yeni İpək Yolu
” layihəsinin bir hissəsi olacaq. Nəticədə Çin infrastruktur layihələrinə investisiya üçün daha çox imkanlar əldə edir.
Və iki ölkə arasında əməkdaşlıq artıq xəbər olmasa da, onun bu qədər dərinləşməsi nəinki Qərbdə, hətta ukraynalı fəallarda da narahatlıq doğurur. Çoxları bunun geosiyasi vəziyyətə təsirinin olub-olmayacağı ilə maraqlanır. Ukraynanın müstəqilliyi məhdudlaşdırıla bilər, baxmayaraq ki, ukraynalı siyasətçilər bunun baş verməyəcəyinə əmindirlər. Belə
ki, Kiyev uyğurları
n zülm
edilərək sıxışdırılmasını pisləməkdən çəkinir və Tayvanı Çinin bir hissəsi kimi tanıyır.
Məqalə müəllifinin fikrincə, ola bilsin ki, bu, Ukraynanın Çindən koronavirus peyvəndi almağa davam etməsi üçün
qoyulan şərtlərdən biridir.
Hərçənd ki, Çin
Krımın Rusiya
ya aid olduğunu tanımasa da, Pekin
lə Moskvanın
arasında əslində
birlik var, ona görə də Kiyev Moskvaya qarşı Pekinin dəstəyinə
güvənməməlidir. Bununla yanaşı, Çin Rusiyanın
işlərinə qarışmamağa çalışır və məqalə müəllifinin də dediyi kimi, siyasi maraqlarına uyğun
gələrsə, Ukraynanın Rusiya
nın tabeçili
yinə keçməsinə dəstək verə bilər. Rusiya isə Ukraynada Çinin təsirinin artmasında maraqlıdır, çünki bununla Qərb, xüsusən də Avropa İttifaqı oradan sıxışdırılır. Nəticədə Ukrayna, məsələn, bir çox Afrika ölkələri kimi, özünü
“borc diplomatiyasında tələyə
” sala bilər.
Politoloq
qeyd edir ki, Ukrayna hökumətinin motivasiyası tamamilə başa düşüləndir. ABŞ və Aİ ona gözlədiyi dəstəyi vermədiyi üçün tərəfdaşlarını
artırmağa çalışır. Belə
ki, “Şimal axını
-2” qaz kəməri yaxın vaxtlarda fəaliyyətə başlayacaq və bəzi Qərbi Avropa ölkələri, xüsusə
n də Fransa və Almaniya Rusiya
nın da cəlb olunduğu siyasət
lərini davam etdirməkdədir.
Ukraynanın infrastrukturunu modernləşdirmək üçün iqtisadi yardıma və birbaşa xarici investisiyaya ehtiyacı var. Ona görə də Çin və Türkiyəyə üz tutdu. Lakin məqalə müəllifinin fikrincə, bu siyasət uzaqgörən
deyil. Xüsusilə bu, beynəlxalq fondların Ukraynaya inamına təsir edə bilər. Çinin kreditləri, məsələn, BVF-nin tələb etdiyi antikorrupsiya və anti-oliqarxiya mübarizəsi ilə əlaqəli deyil. Eyni zamanda məqalə müəllifinin fikrincə, Ukrayna üçün məhz korrupsiyaya qarşı mübarizə mütləq prioritet olaraq qalmalıdır.
Çinin niyyətləri tamamilə şəffafdır: məqsəd Ukraynanı sadəcə “Yeni İpək Yolu” üçün əsas tranzit marşrutu etmək deyil, həm də mühüm infrastruktura, xüsusən də limanlara, həmçinin təbii ehtiyatlara və ərzaq məhsullarına, üstəgəl Çində olmayan texnologiyalara, məsələn, hərbi sahədə çıxış əldə etməkdir. Yeri gəlmişkən, pandemiyadan əvvəl Avropa İttifaqının özü də risklərə əhəmiyyət vermədən Çin investisiyalarını qəbul etdi. Əhalisinə görə Çin əsas ərzaq idxalçısına çevrilib, ona görə də Ukrayna buğdası və arpasına çıxış imkanını artırmaq niyyətindədir. Müvafiq olaraq, avropalı istehlakçılar üçün bu məhsulların qiyməti qalxa, əlçatanlığı azala bilər. Bu, hətta avropalıların ərzaq təhlükəsizliyini də təhdid edə bilər, çünki Avropada kənd təsərrüfatı məhsullarının idxalı ixracdan daha sürətlə artır.
Afrika ölkələrində olduğu kimi, Pekin tədricən Ukrayna torpaqların
a özü nəzarət etməyə başlayır. Onun məqsədi iqlim təhlükələri qarşısında qida suverenliyini təmin etməkdir. Eyni zamanda
çinlilər tez-tez çirklənmiş Çin torpağının təmin edə bilmədiyi keyfiyyətli məhsullar almaq istəyir.
Çinin Ukraynaya artan təsiri Avropa üçün üç
qat təhlükədir və o, həm öz, həm də Kiyev
in maraqları naminə buna cavab verməlidir.
Birincisi, Avropa Afrikada Çinin təsirinin yayılmasını məhdudlaşdırmağa çalışdığına görə, daha çox yaxın xaricdəki, yəni Balkanlar və Ukraynadakı vəziyyəti gözardı edə bilməz. Bu təsirin genişlənməsi təkcə Çini gücləndirmir, həm də çox vaxt Avropanın yaxşı idarəçilik və antikorrupsiya anlayışlarına zidd olan inkişaf yolları ilə yanaşı gedir.
İkincisi, Çinin təsirinin genişləndirilməsi yalnız Rusiyanı eyni nəticəyə yaxınlaşdıracaq, çünki bu iki ölkə “azadlıq və qanunun aliliyi dəyərlərinə qarşı yeni diktatura mərkəzinin” bir hissəsidir. Eyni zamanda məqalə müəllifi Rusiyanı həm Aİ, həm də Ukrayna üçün birbaşa təhlükə adlandırır.
Üçüncüsü, Avropa Ukraynanın Qərb düşərgəsinə daxil olmasında və azad demokratik ölkələr sırasına qoşulmasında çox maraqlıdır. Məqalə müəllifinin fikrincə, bu, getdikcə avropa
laşan və Avropa dəyərləri naminə inqilab etmiş Ukrayna xalqının
da maraqlarına uyğundur.
Məqalə müəllifi yazır ki, Aİ tərəfindən konkret tədbirlərə ehtiyac var. Afrika üzrə Avropa Komissiyası infrastruktur layihələrini ciddi şəffaflıq və yaxşı idarəetmə qaydaları ilə əlaqələndirən plan qəbul edib. Politoloqun fikrincə, Ukrayna məsələsində də eyni şeyi etmək lazımdır. Avropa şirkətlərini Ukraynaya investisiya qoymağa daha da həvəsləndirmək lazımdır. “Atlantico.fr” portalı yazır ki, Ukrayna “pis iblislərə təslim olmasın” deyə, Avropa hökumətləri özləri də daha tutarlı siyasət yürütməlidirlər.
Tarix: 18-11-2021, 15:34