Qərbin sanksiya təhdidinə baxmayaraq, NATO üzvü olan Türkiyə Rusiya müdafiə sənayesi ilə əməkdaşlığı möhkəmləndirməyə söz verib. Bu əməkdaşlığa qırıcı təyyarələr, aviasiya mühərrikləri, sualtı qayıqlar və “S-400” zenit-raket kompleksinin ikinci partiyasının alınmsı daxildir.Sentyabrın sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bayden administrasiyası ilə münasibətləri yoluna qoymaq müəssər olmadı və ona görə də, o, müdafiə sənayesi sferasında əməkdaşlıq üçün üzünü şərqə tərəf çevirdi.
”CBS” telekanlaının “Ölkə ilə üzbəüz”(Face the Natioan) proqramına verdiyi müsahibəsində Ərdoğan deyib ki, ABŞ Türkiyəyə “F-35” qırıcılarını və həmçinin də “Patriot” zenit-raket komlekslərini çatdırmaqdan imtina etdikdən sonra Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri almağa məcbur olub.Rusiya komplekslərinin alınması sövdələşməsi Tramp administrasiyası dövründə Türkiyə ilə NATO ölkələri arasındakı münasibətlərə əngəl yaratmışdı və bu əhval-ruhiyyə yeni administrasiya zamanı da davam etməkdədir.
Bu məsələ ilə əlaqədar Ərdoğan qeyd edib: ”Gələcəkdə bizim hansı ölkədən və hansı həcmdə silah sistemləri almamıza heç kim qarışa bilməyəcək. Heç kim buna müdaxilə edə bilməz. Qərar vermək hüququ yalnız bizə məxsusdur”.
Türkiyəni “F-35 Lightening II” qırıcısının inşaası ilə bağlı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq konsorsiumdan xaric ediblər. 2020-ci ilin dekabrında Vaşinqton Ankaraya qarşı “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsi ilə təsir göstərmək” qanununa müvafiq olaraq sanksiya tətbiq edib. ABŞ ilk dəfədir ki, öz müttəfiqlərinə qarşı bu qanunu tətbiq edir. Senatın beynəlxalq əlaqələr komitəsinin sədri Robert Menendes öz “twitter” səhifəsində yazıb: “Bu qanun Rusiya hərbçiləri və kəşfiyyat sektoru ilə geniş həcmli biznes quran istənilən subyektə qarşı sanksiya tətbiqini nəzərdə tutur. Türkiyənin Rusiyadan yeni silah alışı özü ilə yeni sanksiyalar gətirəcək”.
Lakin Türkiyə geri çəkilmək fikrində deyil. “Defense News” ilə söhbəti zamanı yüksək vəzifəli Türkiyə məmurlarından biri deyib: ”İkinci partiya “S-400” alınması ilə bağlı danışıqlar davam edir. Hazırda bu danışıqların səviyyəsi strateji və siyasidir. Biz hələ ki, texniki detalları, maliyyə məsələlərini razılaşdırmamışıq”.
29 sentyabrda Ərdoğan Rusiyanın Soçi şəhərinə Vladimir Putinlə görüşə yollanmışdı. Rusiya lideri ilə görüşünü şərh edən Ərdoğan bildirib: ”Biz, təyyarələr üçün mühərrik istehsalı və qırıcılarla bağlı hansı addımlar atacağımızı hərtərəfli müzakirə etdik”.
Türkiyə prezidenti əlavə edib ki, digər tədbirlər sırasına gəmilər və sualtı qayıqların tikintisi də daxil ola bilər. Geriyə dönərkən Ərdoğan jurnalistlərə deyib ki, Türkiyə, özünün “F-35” proqramından çıxarılmasının kompensasiya edilməsinə nail olmaq niyyətindədir. Ola bilər ki, bu, ”G-20” sammitində ABŞ Prezidenti Co Baydenlə keçiriləcək görüşdə edilsin.Rəcəb Tayyib Ərdoğan məsələyə belə aydınlıq gətirib: “Biz 1,4 milyard dollar həcmində ödəniş etmişik. Bəs, bu necə olacaq? Biz bu pulları asanlıqla qazanmırıq. Ya onlar bizə təyyarələrimizi verəcəklər, ya da ki, pullarımızı qaytaracaqlar”.
Hazırda Türkiyə Almaniyanın böyük tərsanələrindən birində altı sualtı qayığının müştərək istehsalı proqramının reallaşdırılması ilə məşğuldur. Amma Ərdoğanın sözlərinə görə, bu proqramın reallaşması Türkiyənin nəzərdə tutduğu templə getmir. Ərdoğan deyib: ”Bizim alternativ axtarmağımız da mümkündür”.
Türkiyə artıq bir neçə ildir ki, özünün “TF-X”(Turkish Fighter Experimental) qırıcılarının hazırlanması ilə məşğuldur. Amma bunun üçün Britaniyanın “BAE Systems” şirkətinin 115 milyon dollarlıq müqavilə çərçivəsində layihə hazırlamasına baxmayaraq, bu proqramın həyata keçirilməsi çox ləng gedir.
“TF-X” layihəsini reallaşdıracaq Türkiyənin “Turkish Aerospase Industries” şirkəti hələ ki, gələcək qırıcı təyyarə üçün mühərrik seçə bilməyib. Bu şirkət, ”TF-X” qırıcısının 2025-ci il və ya 2026-cı ildə havaya qalxacağına ümid bəsləyir.“Defense News” – (ABŞ)Tərcümə: “AzPolitika.info”
Tarix: 12-10-2021, 09:06