ABŞ-da hakimiyyətin respublikaçı Donald Trampdan demokrat Co Baydenə keçməsinin qarşıdakı dövrdə yaxından izlənməli olan nəticələrindən biri, demokratiya və insan haqları mövzularının bu ölkənin xarici siyasət ritorikasına güclü bir şəkildə yerləşəcək olmasıdır.
ABŞ-ın yeni Xarici işlər naziri
Entoni Blinken ötən həftə Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə bu mövzu ilə əlaqədar diqqəti cəlb edən bir açıqlama verərək,
“Vəzifəmiz demokratiya və insan haqlarını yenidən amerikan xarici siyasətinin mərkəzinə qoymaq olacaq” deyib. Blinkenin sözləri yeni administrasiya baxımından altı cızılmalı olan bir öhdəlikdir.
Problem ABŞ-ın öz evindəki demokratiyanın durumudurDinləmələr zamanı Blinken bu hədəf kontekstində
Prezident Co Baydenin seçki kampaniyası dövründə vəd etdiyi “Qlobal demokratiya sammiti”nin, yəqin ki, bu ilin sonuna doğru toplanacağını da söyləyib. Ancaq Blinken, bu vədləri vurğulayarkən,
“Demokratiya və insan haqlarının güclü bir lideri və müdafiəçisi ola bilməmiz geniş ölçüdə öz evimizdə demokratiyamızın gücünə bağlıdır” demək ehtiyacı da duyub.
ABŞ-ın yeni Xarici işlər naziri bu sözləriylə evdə ciddi bir problemin olduğunu qəbul edir. Senatın Xarici əlaqələr komitəsində Blinkenlə bağlı keçirilən dinləmələr Baydenin prezidentliyi təhvil aldığı mərasimdən bir gün öncəyə təsadüf edirdi və ABŞ Konqresinin binası tam təchizatlı milli qvardiyaçılar tərəfindən mühasirəyə alınmışdı. Vaşinqton hər tərəfi tutan 25 min hərbçi ilə fövqəladə hal rejimi altında olan bir paytaxt görüntüsü verirdi. Və ABŞ-da ictimai rəyi formalaşdıran liderlərin bir bölümü ölkə bu haldaykən, yeni administrasiyanın qlobal demokratiya sammiti keçirməsinin nə dərəcədə doğru olduğunu hərarətlə müzakirə etməyə girişmişdi.
Bu layihə Baydenin seçki bəyannaməsində vardıBu müzakirələrə keçməmişdən öncə, Baydenin seçki kampaniyası dövründə üzərinə götürdüyü öhdəliklərə qısaca baxaq.
“Qlobal demokratiya sammiti” demokrat namizədin seçki bəyannaməsində qeyd edilən bir hədəf olaraq ortaya çıxır.
Bayden kampaniya dövründə ABŞ-ın beynəlxalq aləmdə üzərinə götürəcəyi liderlik rolu və qlobal problemlərin, təhdidlərin öhdəsindən gələ bilmək üçün həyata keçirəcəyi siyasətlə bağlı hədəflərini anlatdığı
7 səhifəlik bir bəyannamə yaydı. Bu bəyannamə,
“Amerika nümunəsinin gücü: XXI əsrin sınamalarına cavab verilməsi üçün Baydenin demokratik dünyaya liderlik etmə planı” başlığını daşıyır (
https://joebiden.com/americanleadership/).
Bu, daxili və xarici siyasət hədəfləri arasındakı əlaqənin müəyyən edildiyi, izlənəcək xarici siyasətin əsas perspektivlərinin açıqlandığı, iqlim dəyişikliyindən dünya iqtisadiyyatındakı problemlərə və silahlara nəzarətə qədər bir çox sahədə qarşıya qoyulan hədəflərin sıralandığı bir sənəddir.
Əslində, buna yeni administrasiyanın xarici siyasət sənədi kimi də baxmaq olar. Bu sənəddə əsas düşüncə olaraq ölkələrin təkbaşına həll edə bilməyəcəkləri ortaq sınamalara, təhdidlərə cavab verilməsi üçün qlobal əməkdağlığa gedilməsinın lazım olduğu baxışı əks olunubdur.
Seçki təhlükəsizliyi qlobal hədəfdirSeçki bəyannaməsində öncə ABŞ-ın demokratiyanı gücləndirmək məqsədiylə daxildə atacağı addımlar sıralanır. Ardınca Baydenin, seçildiyi halda,
“Azad dünya millətlərinin azadlıqsevər ruhlarını və ortaq qayələrini canlandırmaq üçün qlobal demokratiya sammiti təşkil edib ona ev sahibliyi etmək” vədinə yer verilir. Bu vədə görə, hakimiyyətinin ilk ilində Bayden,
“Demokratik qurumların gücləndirilməsi, (demokratiyaları) geriyə gedən ölkələrin yaratdığı sınamaya dürüst bir şəkildə cavab verilməsi, ortaq dəyərlərə yönəlik təhdidlərə qarşılıq verilməsiylə bağlı ortaq bir gündəliyin formalaşdırılması üçün dünya demokratiyalarını bir araya gətirəcəkdir”.
Sənədin mətninə görə, sammit, götürüləcək öhdəliklər vasitəsilə öncəliklə 3 sahədə nəticə almağa çalışacaqdır.
Birincisi,
korrupsiya ilə mübarizədir.
İkinci sahə,
“seçki təhlükəsizliyi daxil olmaqla, avtoritarizmdən müdafiənin təmin olunması” şəklində ifadə edilir.
Üçüncü hədəf,
insan haqlarının inkişaf etdirilməsidir.
Maraqlısı odur ki, sammit yalnız hökumətlərarası bir tədbir olaraq nəzərdə tutulmur, demokratiyaların qorunmasında ön sıralarda duran QHT-lər də dəvət olunacaq.
Qeyd edilməli olan daha bir kritik nöqtə də var. Sammitdə texnologiya və böyük sosial media şirkətləri də daxil olmaqla, özəl sektora söz azadlığının, açıq, demokratik cəmiyyətlərin qorunması üçün öhdəlik götürmələriylə bağlı çağırışın edilməsi də hədəflər arasında yer alır.
Sənəd bu yönü ilə söz azadlığı və demokratiyanın qorunması vəzifəsi və məsuliyyətini hökumətlər və QHT-lərdən sonra özəl sektora da yükləyən bir anlayışı ortaya qoyur.
Xülasə, Bayden administrasiyası bu sammitlə demokratiyanın qorunması, daha da inkişaf etdirilməsi üçün qlobal maarifçilik aparmağa, bunu təmin edəcək mexanizmlər yaratmağa yönəlik beynəlxalq səfərbərlik başlatmaq istəyir.Amerikan ictimai rəyini formalaşdıran liderlər müzakirə aparırKonqresə edilən basqının da göstərdiyi kimi, ABŞ demokratiyasının öz daxilində ciddi problemlər yaşadığı bir dövrdə Baydenin qlobal demokratiya sammiti keçirmə düşüncəsi indidən ictimai rəyi formalaşdıran liderlər arasında müzakirələrin başlamasını da özü ilə bərabər gətirib. Nümunə göstərmək lazımdırsa, nüfuzlu “Foreign Affairs” nəşrinin veb səhifəsində Ceyms Qoldqeyerlə Bryus Centleson tərəfindən yazılan bir məqalədə Bayden administrasiyasının basqından sonra demokratiya sammiti keçirmə layihəsindən vaz keçərək, bunun yerinə evin içinə baxıb diqqətini öz demokratiyasını bərpa etməyə verməsi təklif edilir.
Bunun əksinə, “
Carnegie Endowment for International Peace” adlı tanınmış düşüncə quruluşundan olan 3 şəxs –
Frensis Braun, Tomas Karoters və Aleks Paskal eyni məcrada qələmə aldıqları bir yazıda bu təklifə etiraz edərək, layihədən vaz keçmənin Baydenin ABŞ-ı yeni dövrdə beynəlxalq aləmdə konstruktiv rol oynayan bir oyunçu kimi mövqeyə çıxarma səylərinə ciddi zərər verəcəyini bildirirlər.
Bu yazarlar sammitin daxildə demokratiyanın təmir edilərək yenidən canlandırılması baxımından da həyati bir mexanizm olaraq istifadə oluna biləcəyini düşünürlər.ABŞ-ın “demokratiya günahları” nə olacaq?Aparılan bütün müzakirələrə rəğmən, yəqin ki, sammit bir il içində reallaşdırılacaq. Ancaq keçirildiyi təqdirdə,
sammitin uğurlu ola bilməsi üçün vazkeçilməz bir ön şərt vardır. O da ABŞ-ın keçmişdə dünyanın bir çox yerində çevrilişlərə, demokratiya əleyhinə hərəkətlərə vermiş olduğu dəstəyin yol açdığı günahlardan qaynaqlanır.
ABŞ-ın bu sammit düşüncəsilə bağlı inandırıcı ola bilməsi üçün öncəliklə öz keçmiş ağır yükü ilə üzləşməsi və dünyada zərər verdiyi bütün kəsimlərdən, ən azı, bir üzr istəməsi lazımdır. Qlobal bir sammitin ABŞ baxımından uğurlu olması üçün öncə onun qlobal miqyasda bir üzr istəməsi lazımdır. Bu yöndə bir addımın atılması yüksək demokratiya ideyasına həsr olunmuş sammitə ev sahibliyi etmənin əxlaqi zəminə dayana bilməsi baxımından vacibdir.
Hər halda, içində olduğumuz bu il ABŞ-ın liderlik edəcəyi demokratiya sammitinin, formatından tutmuş dəvət edilənlərin siyahısınadək, bütün detalları ilə dünyada çox canlı bir müzakirəyə mövzu olacağını indidən təxmin edə bilərik. (strateq.az)
Sədat Ərgin“Hürriyet”, Türkiyə
Tarix: 31-01-2021, 23:00