“Keçən ilin dekabr ayında Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən “Stevia” yük gəmisinin heyətindəki Ukrayna vətəndaşları sərbəst buraxılıb və onlar təhlükəsizdirlər”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İnstaqram hesabında yazıb.
“Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı – “Stevia” gəmisinin ekipaj üzvləri, ay yarım Nigeriyada piratların əsirliyində idilər”, deyə Ukrayna prezidenti qeyd edib.
Zelenski azad edilmiş dənizçilərin fotoşəkilini də paylaşıb.
Xatırladaq ki, keçən il dekabrın 16-da Kamerun bayrağı altında Port Harkourtdan (Nigeriya) Abidjana (Cot de İvar) üzən “Stevia” yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən tutulmuşdu.
Neqativ.com
Tarix: 31-01-2021, 10:06