Koronavirusun qarşısının alınması üçün yeganə üsulun7 vaksin olduğu dəqiqləşəndən və bütün dünyada vaksin ticarəti başlayandan sonra, saxta vaksinlər də yayılmağa başlayıb. Neqativ.com xarici mətbuata istinadən xəbər verir ki, Ekvadorda, Kito adlanran şəhərin tibb mərkəzində pasiyentlərə saxta vaksinlə peyvəndlənmək təklif edilib. Bu barədə mətbuata şəhər meriyasının nümayəndəsi Sezar Dias bildirib.
Tibb mərkəzinin əməkdaşları pasiyentlərə indiyədək 70 min doza saxta vaksin vurublar.
Həkimlər xəstələri inandırıblar ki, vaksinləmə prosesi zamanı 3 doza vurulmalıdır və hər dozanın qiyməti 15 dollar təşkil edir.
Hazırda həmin xəstəxana bağlanıb, araşdırma gedir.
FED.az
Tarix: 31-01-2021, 09:56