Avropa Birliyi COVID-19-a qarşı hazırlanan vaksinlərin ixracına qadağa qoymaq barədə düşünür.
Modern.az “İndependent” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının sədri Şarl Mişelin məktubunda deyilir.
Qəzet bildirib ki, “vaksin müharibəsi”nin başlanması AstraZeneca şirkətinin səhvi ucbatından olub. Belə ki, Böyük Britaniyaya vaksin satacağına təminat verən şirkət istehsal problemlərinə görə, Avropa Birliyinə söz verdiyi preparatları çatdıra bilmir.
Bundan narazı qalan rəsmi Brüssel sakinlərini tam miqyasda peyvəndləmək üçün Birlik ərazisindən vaksinin xaricə çıxarılmasına qadağa qoymaq niyyətindədir. Eyni zamanda, kasıb ölkələrə pulsuz vaksin paylayacaq COVAX proqramı bu qərardan zərər görməyəcək.
Avropa Birliyində istehsal olunan vaksinlərin ilk növbədə Böyük Britaniya və Kanadaya satışının qadağan olunacağı söylənilir.