Müxalifət liderinin həbsi qanuni sayılıb Moskva məhkəməsi Almaniyadan Rusiyaya qayıdarkən saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnının 30 günlük həbsini qanuni sayıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.
Məlumatda qeyd edilir ki, Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinin qərarı dəyişdirilməyib, 30 sutkalıq həbs saxlanılıb.
Qeyd edək ki, müxalifət lideri məhkəmənin qərarından apelyasiya şikayəti vermişdi.
Tarix: 28-01-2021, 21:37