"İndi biz dinazovrın can verməsini müşahidə edirik"


Vladimir PutinVladimir Putin

Rusiyada siyasi vəziyyət dəyişib.

Sui-qəsddən sonra Almaniyada həyatı xilas edilən Aleksey Navalnı vətənə qayıdıb. Onu hava limanında saxlayaraq 30 sutka azadlıqdan məhrum ediblər.
Müxalifətçinin həbsindən iki gün sonra “YouTube” portalında Rusiya prezidenti Vladimir Putinin 1 milyarddan baha başa gələn malikanəsi, ümumiyyətlə, korrupsiya sxemi barədə video yerləşdirilib. Video qonşu ölkədə böyük etiraza səbəb olub, ötən şənbə ölkənin 100-dən çox şəhərində etiraz aksiyaları keçirilib.
Aleksey Navalnı Aleksey Navalnı
Bizimyol.info xəbər verir ki, Bakıda anadan olmuş şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Rusiyadakı vəziyyətlə bağlı “Foreign Policy” jurnalına müsahibə verib. Müxalifətçi jurnalın baş redaktoru Conatan Teppermanın suallarını cavablandırıb. Kasparov Putin hakimiyyətinin zəiflədiyini söyləyib.
“İndi biz 20 illik Putin diktaturasının yığılmış effektini, rusların sosial-iqtisadi şərtlərə görə artan məyusluğunu, korrupsiyaya, Putin oliqarxlarının var-dövlətinə qəzəbini müşahidə edirik. Biz gənc nəslin Putinin müddətsiz idarəçiliyi ilə barışmayacaqları haqda dəqiq siqnalını görürük. İlk dəfədir ki, Rusiya xalqı müqavimət göstərir. Fəxrlə deyə bilərəm ki, nümayişlər dinc xarakter daşıyırdı. Nə maşınlar yandırıldı, nə mağazalar soyuldu. Yeganə zorakılıq polisdən gəldi. Bu, dövlətin maliyyələşdirdiyi zorakılıq idi”.
Kasparov deyib ki, bu dəfə ənənəvi olaraq etirazlar Moskva ilə məhdudlaşmadı. Nümayişlər Vladivostokdan Kalininqrada qədər böyük coğrafiyanı əhatə etdi. 1991-ci ildən sonra Rusiyada belə olmamışdı.
“İnsanlar hətta 50 dərəcə soyuq müşahidə edilən Yakutskda küçəyə çıxmışdılar. Bu halda hökumətin reaksiyası gözlənilən idi. İndi əsas məsələ odur ki, qarşıdakı həftələrdə nə olacaq. Navalnı komandası yanvarın 31-nə növbəti aksiya təyin edib. Hər hansı proqnoz verə bilmərəm. İnsanlar Navalnının qəhrəmanlığından ruhlanıb. İndi isə ortaya onun həyatı qoyulub. Yeganə müsbət tərəf odur ki, biz Putinin nə edəcəyini bilirik. Navalnı üçün pis xəbər ola bilər, amma Putin heç bir güzəştə getməyəcək. Onu buna nəsə daha ciddi şey məcbur etməlidir. Hələ vulkanın püskürməsini müşahidə etmirəm. Vəziyyəti Qərbin qəti cavabı dəyişə bilər”.
Harri Kasparov Harri Kasparov
Kasparov bu epizodda Maqnitski qanununun işə salınmasının tərəfdarıdır. Şahmatçı insan haqlarını pozanların vəsaitlərinin dondurulmasının vacibliyini deyib.
“Tarix diktatorları sevmir. İndi biz dinazovrın can verməsini müşahidə edirik. Mən sonun nə vaxt çatacağını bilmirəm. Yaxşı xəbər odur ki, heç Putin də bilmir”.
Tarix: 28-01-2021, 10:58
Xəbəri paylaş



Xəbər lenti