"Bu 90 min rəqəmini Lavrovun guya son savaş vaxtı Qarabağdan Ermənistana qaçmış ermənilər haqda söylədiyi 90 min ilə qarışdırmayın..."
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (“FAO”) Ermənistanda keçmiş Dağlıq Qarabağ münaqişəsindən zərər görmüş həssas qruplar üçün təcili yardım proqramına başlayıb. Layihə Ermənistan İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Müfəttişliyi ilə birlikdə həyata keçiriləcəkdir.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu barədə “FAO”-nun açıqlamasında bildirilib.
Zərərçəkənlərə yardım yem, avadanlıq, materiallar, köçürülən təsərrüfat heyvanları üçün müvəqqəti tövlələrin tikilməsi və s. kimi kənd təsərrüfatı mənbələri vasitəsilə həyata keçiriləcəkdir.
Məlumata görə, Qarabağda son savaş zamanı işğalçı Ermənistana 12-55 min inək və 60-90 min baş xırdabuynuzlu heyvan keçirilib. BMT-nin yardımı da elə bu qoyun-keçid və mal-qaraya görədir...
P.S. Bu qoyunlar barədəki 90 min rəqəmini Rusiyanın baş diplomatı Lavrovun guya son savaş vaxtı Qarabağdan Ermənistana qaçmış ermənilər haqda söylədiyi 90 min ilə qarışdırmayın...Özü də o qoyunlar, inəklər də ermənilərin halal heyvanı deyil, bizim 1991-1994-cü illərdə qoyub gəldiyimiz, bizim torpağımızda, havamız, suyumuz otumuzla böyümüş qoyun və inəklərin balalarıdır...Sultan Laçı
Tarix: 28-01-2021, 10:31