2019-cu ildə Çindən sürgün edilmiş uyğur aktivistlərin əməyi sayəsində Çin hökumətinə məxsus onlarla sənəd mediaya sızdırılmışdı. Sənədlər Çin hökumətinin Sintzyan muxtar vilayətində yaşayan insanlara aid hazırladığı hesabatlar idi. Toplanma düşərgələrinə göndərilən şəxslərdən birinin haqqında olan sənədlərdə bu qeydlər yer alıb: “2014-cü ildə təlim mərkəzinə göndərilməzdən əvvəl evdə hər gün namaz qılır, yeməklərdən sonra, festivallar zamanı və ailə cənazələrində dualar edirmiş. Başqa biri haqqında isə (qadındır) bunlar yazılıb: O, həyat yoldaşı ilə birlikdə iki dəfə Səudiyyə Ərəbistanına gedib, dəfələrlə komitə nümayəndələrinin tələbinə baxmayaraq, allergiyası olduğunu bəhanə gətirərək baş örtüsünü çıxarmaqdan imtina edib. Qadın 2016-cı ildə baş örtüsünü çıxarsa da, “potensial təhdid” olduğu üçün düşərgəyə göndərilib”. Çin Uyğurlara qarşı yeritdiyi bu siyasətin deradikallaşdırma proqramı olduğunu iddia edir. Ancaq haqqında olan sənədlərin mətbuatın əlinə keçdiyi şəxslərdən 144-ü icazə veriləndən artıq uşaq sahibi olduğuna görə, 25-i ölkə xaricinə səfər etmədiyi halda pasportu olduğuna görə, 13-ü isə “qatı dini ənənələri” olduğuna görə toplama düşərgələrinə. Bəziləri isə qanunsuz kitablar oxuduğuna və yaxud ailə üzvlərindən kimsə həbsdə olduğuna görə həmin düşərgələrə göndəriliblər. Ümumilikdə ələ keçmiş sənədlərə görə, insanların toplanma düşərgələrinə göndərilməsinin əsas səbəblərini aşağıdakı kimi sıralaya bilərik:
Ailə planlama siyasətinə tabe olmamaq (icazə veriləndən artıq uşaq sahibi olmaq)
Potensial təhdid (müxtəlif açıqlamarla)
Keçmiş məhbus olması
26 həssas ölkədən hər hansı birinə səfər etmə
Qanunsuz dini təbliğ və ya buna imkan vermə
Ailədə olan dini ənənələrdən dolayı radikallaşmaya meyillilik
Ailə üzvlərindən kiminsə keçmiş və ya hazırda məhbus olması
Baş örtüsü geymə
Uzun saqqal saxlama
Həyat yoldaşının baş örtüsü geyməsi
İcazəsiz həccə getmə
Çindən xaricə çıxma imkanı qazanmış bir çox Uyğur türki Türkiyəyə sığınmaqdadır. Bunlardan biri olan İparqul Karakas ailəsi ilə əlaqəsinin necə kəsilməsindən danışarkən bildirir ki, sonuncu dəfə anası ilə danışarkən anası onu tanımadığını iddia edib və danışmaqdan imtina edib. Sənədlər ilk olaraq etnik uyğur olan və Niderlandda yaşayan hip-hop sənətçisi Tahircan Ənvərə ötürülüb. Ənvərin sözlərinə görə, 32-ci doğum gününü qeyd edərkən, birdən-birə inboksuna onlarla səhifədən ibarəd Çin hökumətinə aid sənədlərin göndərildiyini gördü. 2005-ci ildə 17 yaşı olarkən atası onu Sintzyandan çıxarmağa nail olub və həmin vaxtdan Ənvər Niderlandda yaşayır. Ənvər atası ilə bağlı danışarkən bu cümlələri qurub: Atam nəyinsə baş verəcəyini hiss edə bilmişdi. O vaxtdan ailəmi görə bilməmişəm və axırıncı dəfə onlarla telefonda 2016-cı ildə danışmışam. Onda onlar mənim necə olduğumu soruşdular, məni sevdiklərini söylədilər və sonda dedilər ki, artıq bizim oğlumuz deyilsən. Bunu atama Çin hökuməti söylətdirmişdi”. Niderlanda sürgün həyatı yaşayan başqa bir uyğur, yazıçı Asiyə Əbdüləhəd Çin hökumətinin regiondakı Uyğur xalqının xarakterini dəyişməyə çalışdığını, sözügedən düşərgələr sayəsində onlara qarşı siyasi və etnik təmizləmə həyata keçirməyi planlaşdırdığını, sızdırılan sənədlərin bir daha bunu sübut etdiyini bildirir. Yazı İgnoramus FB səhifəsindən götürülüb