Amerika Birləşmiş Ştatların hazırkı prezidenti Co Bayden yeni növ koronavirus infeksiyasına görə bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişi ilə bağlı tətbiq edilən məhdudiyyətin vaxtını uzadıb.“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Baydenin imzaladığı fərmana əsasən, giriş qadağası Böyük Britaniya, İrlandiya, Braziliya, CAR və Şengen zonasının vətəndaşlarına şamil olunur.Bundan əlavə, sabahdan (26 fevral – Red) etibarən ABŞ-a səfər edən şəxslər koronavirus testinin mənfi olması ilə bağlı cavabı ölkəsindəki mövcud olan hava limanın əməkdaşlarına təqdim etməlidirlər.
Tarix: 26-01-2021, 09:12