Hindistan və Çin sərhədində yeni gərginlik yaşanıb.Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasında sərhədlərin demarkasiya-delimitasiya işləri aparılmayıb. Buna görə də vaxtaşırı sərhəddəki mübahisəli ərazilərdə hər iki tərəfdən hərbçilərin ölümü ilə müşayiət olunan toqquşmalar və silahlı insidentlər baş verir.
Bu dəfə növbəti insidentin baş verdiyi bildirilir. Belə ki, Hindistan-Çin sərhədinin Nepal və Butan arasındakı əyalətdən keçən hissəsində yerləşən Nakula sərhəd-keçid məntəqəsində silahlı qarşıdurma olub. Hər iki tərəfdən yaralananların olduğu deyilir. Hadisənin detalları barədə məlumat yoxdur. Təfərrüatlar araşdırılır.
Neqativ.com
Tarix: 25-01-2021, 13:14