“Le Figaro”: “Trampın getməsi ilə Avropada populizm və radikal sağın yüksəlişi də dayanıb”


“Co Baydenin ABŞ prezidenti seçilməsi Qərb ölkələrində nüfuz qazanan qeyri-liberal və populist rejimlər üçün xoşagəlməz gəlişməyə çevirldi. Çünki keçmiş pezident Donald Tramp zamanında demokratik dövlətlərdə iqtidara gələn bu cür qüvvələrlə rəsmi Vaşinqton tərəfindən hər cür diplomatik və maddi dəstək verilib. İndi onun məğlubiyyəti, xüsusilə də amerikalı sağçılaırn yanvar ayının 6-da Kapitoli təpəsinə (Konqresin binasına-red.) hücum çəkməsi onların siyasi mövqelərinə ağır zərbə endirib.
Fransanın “Le Figaro” qəzetinin analitik yazarı İzabel Lasserin yazdığına görə, indi "qoca qitə"nin radikal liderləri əvvəlki hamilərindən və mənəvi dəstəkçilərindən tələsik uzaqllaşmağa başlayıblar. Məsələn, Çexiyanın baş naziri Andrey Babişin başında trampsayağı beysbol şapkası daha görünmür və Co Baydeni ilk təbrik edənlərdən biri də məhz o olub.
Slovakiyanın baş naziri İqor Matoviç yeni prezidentlə “sıx əməkdaşlıq”dan danışır. Italiyanın dəlisov keçmiş daxili işlər naziri, “Şimal liqası” partiyasının lideri Matteo Salvini Kapitoli hücumunu “birbaşa zorakılıq” adlandırıb.
Hollandiyanın sağ radikal siyasətçisi Gert Vilders də Tramp tərəfdarlarının parlamentə hücumunu pisləyən bəyanatala çıxış edib, “istənilən halda demokratik seçkilərin nəticələrinə hörmətlə yanaşılmalı olduğunu” vurğulayır.
“ABŞ Konqresində baş verənlərdən sonra hətta bir çox avropalı populist Trampın həddən artıq irəli getdiyini dərk etməyə və populizmin nələrə gətirib çıxardığını anlamağa başladılar”,-deyə analitik vəziyyəti belə izah etməyə çalışıb.

Doğrudur, “qeyri-liberal” sayılan ölkələrdə ABŞ seçkilərə təmkinli yanaşanlar da olub. Məsələn, Polşa Donald Trampın məğlubiyyətini, keçmiş prezident özü qəbul və etiraf edənə qədər tanımadı. Prezident Ancey Duda isə Konqresdəki zorakılığı “ABŞ-ın daxili işi” adlandırıb. Eyni mövqe Macarıstanın baş naziri Viktor Orban tərəfindən də sərgilənib.
“İndi həm Varşavada, həm də Budapeştdə ölkə rəhbərliyini ABŞ-ın strateji partnyoruluğunu saxlamaq naminə xarici siyasi prioritetlərini dəyişdirmək çağrıları daha da arıtb. Çünki indi onların Trampın simasında artıq əvvəlki qüdrətli sığınacaqları yoxdur”,-deyə məqalədə bildirilir.
“Demokratiya hələ Aristotelin zamanından öz zəhər və iyrəncilklərini də doğurub. Trampizm də məhz onun simptomları sayılır. Lakin demokraityanın əsas gücü də onun konkret institular və siyasi mədəniyyyət üzərində möhkəm dayanmasıdır. Məhz bu, Tramp kimi “əyrilikləri”düzəltməyə imkan və təminat verir”,-deyə yazıda qeyd olunub.
Musavat.com
Tarix: 24-01-2021, 14:21
Xəbəri paylaş



Xəbər lenti