“Putini sərt tənqid edənlər ya zəhərlənir, ya yolda güllələnir, da “özlərini” asırlar”


"Putini sərt tənqid edənlər ya zəhərlənir, ya yolda güllələnir, da “özlərini” asırlar".
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
"Rusiyalı keçmiş xəfiyyə Aleksandr Litvinenko Londonda Moskvadan gələn iki tanışı ilə kafedə çay içdi, bir neçə saat sonra onun zəhərləndiyi aşkarlandı və bir gün sonra öldü, bəlli oldu ki, çayına “polonuim” qatıblar, bu məlum olana qədər hər iki tanışı Böyük Britaniyanın paytaxtını tərk etmişdilər. Rusiyalı keçmiş digər xəfiyyə Skripal və qızı yenə Londonda “Noviçok” zəhəriylə huşlarını itirdilər. Məşhur oliqarx və Putinin tənqidçisi Boris Berezovski yenə həmin Londonda malikanəsində asılı şəkildə tapıldı. Ukraynada prezident seçkisi öncəsində əsas namizəd qərbpərəst Viktor Yuşşenkonun yeməyinə zəhər qatdılar, aylarla müalicə olundu, güclə sağ qaldı. Putinin Rusiyada ən sərt tənqidçlərindən biri Boris Nemtsov isə küçədə getdiyi yerdə qətlə yetirildi. Bir neçə ay öncə isə Aleksandr Navalnıy zəhərləndi, çayına nəsə qatmışdılar. Əlbəttə, Kreml bütün bu hadisələrdə əli olmadığını iddia edir. Hesab edək ki, bunların heç birində Kreml sahibinin əli yoxdur. Ancaq elə bu halda bu zəhərlənmələr və qətllər Kreml sahibinin diqqətini çəkməli və o araşdırma aparılmasını tapşırıq verməliydi ki, kimsə bu zəhərlənmələri və qətlləri təşkil etməklə onu nüfuzdan salmağa çalışır, çünki hər dəfə onun ismi hallanır. Kreml sahibi belə bir araşdırmaya ehtiyac duymursa və bu qətllərə görə heç bir narahatlıq keçirmirsə, demək ondan şübhələnmək üçün tam əsas var. Qərb ekspertlərindən birinin fikrincə, Rusiyanı idarə edənlər rəqiblərini içəridə və çöldə yox etmək hüququna malik olduqlarını düşünürlər. Lev Trotski çoxdan Rusiyanı tərk etmiş və uzaq Meksikada sürgün həyatı yaşayırdı, onun diktator Stalinə heç bir təhlükəsi yox idi. Ancaq Stalinin əmriylə Meksikada onun başını balta ilə yardılar. Bu ənənə davam edir" - E.Şahinoğlu qeyd edib.
Tarix: 24-01-2021, 14:10
Xəbəri paylaş



Xəbər lenti