Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq başlanan və qısa müddətdə bütün ölkəni bürüyən kütləvi aksiyalar gündəmin əsas mövzusudur. Baş verən hadisələrin ölkənin ucqarlarına yayılması onu deməyə əsas verir ki, aksiyalar təkcə Navalnının həbsi ilə bağlı deyil.Rus xalqının hərəkətə gətirən başqa nüanslar da var. “Rus inqilabı”nın arxasında kim var? Əsas hədəf nədir?Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyada baş verən etiraz aksiyaları Aleksey Navalnın həbsinə qarşı yönəlsə də birbaşa Putin hakimiyyətini hədəf alıb:
"Bu etirazlar ölkədə korrupsiya piramidasına qarşı yönəlib. Həmçinin Rusiyada heç də demokratik dəyişikliyə hesablanmayıb”.“ABŞ-ın dəstəyi həlledici deyil”Politoloq hesab edir ki, Rusiyada baş verən hadisələrin təkcə ABŞ-dan qaynaqlanmır: “ABŞ -da Co Baydenin president seçilməsi Rusiyaya qarşı sanskiyalar və ölkə daxilində etirazlara dəstək verəcəyi gözlənilir. Məhz hazırda Rusiyada etirazların baş verməsi Bayden adminstrasiyasının Putinə təzyiq kimi bu prosesə dəstək verməsi mümkündür. Amma, həlledici deyil. İlk növbədə Aleksey Navalnı ABŞ -la deyil, Avropa ilə sıx bağlı siyasi fiqurdur və Bayden hakimiyyətinin Rusiyada inqilab etməsi qeyri-mümkündür. Sadəcə, siyasi və informasiya dəstəyi verə bilər.
Təbii ki, Rusiyanın öz daxili problemlərinə çəkilməsi Baydenin qlobal siyasətinin formalaşmasında mühüm rol oynayacaq. Hadisələri qızışdırma üçün sanksiyaları sərtləşdirə və qeyri-ruslarla işləyə bilərlər.Hesab edirəm ki, baş verən etirazlar Kremli narahat etsə də, hərbi siyasi elita daxilində birlik nəticəsində idarə olunan bir mərhələyə keçəcək. Putin hərbi elita ilə varis planı ilə bağlı ortaq bir məxrəcə gələ, Rusiyada növbəti seçkilərdə iştirak etməyə bilər. Ümumiyyətlə Rusiya xalqının inqilab edib, hakimiyyət devirməsi hazırkı situasiyada mümkün deyil. Bu aksiyaların zamanla davam edəcək”.
“Qərb istəyir ki, Rusiya...”Politoloq hesab edir ki, bu hadisələrdən sonra sanksiyalar aartacaq: “Qərb Navalnı olayından istifadə edib sanksiyalar tətbiq edəcək. Qərb çalışır ki, Putin beynəlxalq oyunçu deyil, daxili problemlərə başı qarışan bir dövlət olsun. Bu istiqamətdə plan hazırlanır.Məhz Navalnıya da buna görə dəstək verilir. Bu gün sanskiyalardan dolayı ölkədə sosial iqtisadi vəziyyət çətinləşir. Hələ ölkə əhalisi geniş narazı kütləyə çevrilməyib. Yuxarı eşalondakı generallar da Putinə təsir etmək üçün aksiyalara dəstək verir. Çünki, Putin generalları saymır və hesablaşmaq istəmir.
Bu da vahid güc mərkəzlərinin qəzəbinə səbəb olur. Putin çalışacaq ki, onu hakimiyyətə gətirən hərbi-təhlükəsizlik oraqanları ilə ortaq məxrəcə gəlib, hakimiyyətə öz varisini namizəd irıli sürsün. Və özünün təhlükəsizliyini təmin etsin”.
Tarix: 24-01-2021, 13:58