Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video



Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021Rusiyada etirazlar

Uzaq Şərq və Sibirin donmuş küçələrindən tutmuş Moskva və Sankt-Peterburqun əzəmətli meydanlarına qədər hər yerdə on minlərlə Rusiya vətəndaşı şənbə günü müxalifət lideri Aleksey Navalnının azad olunması tələbi ilə aksiyalar keçirdilər. Bu, Kreml və müxalifət arasında ən böyük ümummilli qarşıdurma görüntüsü idi.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın "New York Times" qəzeti yazır. Etirazlar 100-dən artıq şəhəri bürüyüb: "Nümayişlər heç də ani olaraq prezident Vladimir Putinin hakimiyyəti üçün təhlükəyə çevrilmədi. Amma nümayişlərin miqyası və bir çox etirazçıların aşkar itaətsizliyi onu göstərdi ki, Rusiyada əhali Putinin 20 illik durğun, korrupsiyalaşmış idarəçilik sistemindən boğaza yığılıb."
Vladimir Putin Vladimir Putin
Etirazlar 11 saat qurşağına sahib bir ölkənin - Rusiyanın şərq bölgələrində ayaqlanmağa başladı və polisin sıx iştirakına və dövlət mediasının əhalinin bu aksiyalardan uzaq durmasını tələb edən hədələrinə baxmayaraq, ölkənin hər tərəfini böyük bir dalğa kimi bürüdü.
Hətta Yaponiyanın şimalındakı Saxalin adasında yüzlərlə insan regional hökumət binasının qarşısına toplaşaraq: "Putin oğrudur!" şüarları səsləndiriblər.
Etirazlar temperaturun mənfi 20 dərəcə olduğu Yakutskda və Sibirin digər şəhərlərində minlərlə insanın iştirak etdiyi böyük mitinqlərə çevrilib. Bir neçə saat sonra Moskvada küçələrə çıxan insanlar polisləri qartopu atəşinə tutdular və daxili kəşfiyyata məxsus maşını hərəkət etdiyi zaman dövrəyə alıb təpiklədilər.
Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar, Novosibirsk
İlkin məlumatlara görə, Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın 109 şəhərində 3000-dən artıq etirazçı saxlanılıb.
Bəzi etirazçılar mətbuata verdikləri açıqlamalarda bildiriblər ki, hazırkı aksiyalar Putin hakimiyyətinə son qoymasa da, daha çox insanın küçələrə çıxaraq siyasi kursun dəyişdirilməsini tələb etməsi yaxşı haldır.
Küçələrdə polis monumental bir güc nümayiş etdirir. Amma polis qüvvələri daha şiddətli və irimiqyaslı zorakılıqdan çəkinir. Moskvanın mərkəzindəki Puşkin meydanında keçirilən mitinqlərdən birində polislər dəyənəkləri yelləyərək aksiyanı dağıtmaq istəsələr də, gözyaşardıcı qaz və digər daha qəddar üsullardan istifadə etməkdən çəkiniblər.
Müxalifət lideri Aleksey Navalnının yüksək vəzifəli silahdaşlarının əksəriyyəti əvvəlcədən həbs olunub. Həyat yoldaşı Yuliya Navalnaya da şənbə günü bir aksiya zamanı saxlanılsa da, bir neçə saat sonra azadlığa buraxılıb.
Aleksey Navalnı Aleksey Navalnı
Bununla yanaşı, sosial mediada yayılan videolarda nümayişçilərlə polis arasında yaranan toqquşmalarda tam yeni mənzərə ortaya çıxıb: Ruslar arasında yeni və qorxmaz bir nəsil formalaşıb və bu vəziyyət qarşıdakı qeyri-müəyyənlikdən xəbər verir.
Əvvəllər prokurorlar polis zabitlərinə əşyalar atan insanlara illərlə azadlıqdan məhrumetmə cəzası tələb etsələr də, etirazçılar yenə də polisi qartopuya "qonaq edirlər".
Müşahidəçilərin hamısı bu fikirdədir ki, bu etirazlar Putinin hakimiyyətinə son qoymasa da, Rusiyanın dəyişməsinə səbəb olacaq. İnsanlar yenilik istəyirlər - illər uzunu eyni adamlar və eyni mədhiyyələr xalqın canını boğazına yığıb.
Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray
Xatırladaq ki, yanvarın 19-da Navalnının Youtube kanalında "Prezident sarayı" adlı sənədli film yayılıb. Filmdə Putinin Qara dəniz sahilində yerləşən Gəlincik şəhərində 7 min hektarlıq sahədə özü üçün şəxsi iqamətgah tikdirməsindən danışılıb. Sarayın inşasına 1,35 milyard dollar vəsait xərclənib. Navalnı sarayın inşaat planını, fotolarını və hətta alınmış mebellərin siyahısını da təqdim edib. Video yükləndikdən sonra bir neçə gün ərzində 77 milyon insan baxıb və bütün Rusiyada partlayış effekti yaradıb.
Filmdə elə məlumatlar açıqlanıb ki, onları yalnız Putinin yaxın ətrafındakı təhlükəsizlik xidməti bilirmiş. Bunun əsasında belə bir fikir yaranıb ki, artıq Putinin öz ətrafı da ondan bezib və müxalifətə "sərmayə yatırmağa" başlayıb.
Həmin videogörüntüləri təqdim edirik:



Tarix: 24-01-2021, 12:55
Xəbəri paylaş



Xəbər lenti