ABŞ Rusiya müxalifətinin bu gün keçirdiyi aksiyalarla bağlı mövqe nümayiş etdirib.
HİT.Az xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi yaydığı rəsmi məlumatda baş verənləri diqqətlə izlədiklərini və aksiya iştirakçılarının həbs olunmalarını pislədiklərini bildirib.
"Rusiyanın 38 şəhərində etiraz aksiyalarını, 350-dən çox dinc etirazçı və jurnalistin saxlanılmasını diqqətlə izləyirik. ABŞ olaraq, bütün insanların dinc aksiyalar keçirmək və öz fikrini ifadə etmək azadlığını dəstəkləyirik. Rusiya hakimiyyətinin atdığı addımlar isə bu azadlıqları əzir”- deyə səfirliyin mətbuat katibi Rebekka Ross diplomatik nümayendəliyin Twitter hesabında yazıb.
Rəsmi Moskvanın cavabı isə özünü gözlətməyib. Belə ki, Rusiya XİN sözcüsü ABŞ səfirliyinə ölkənin daxili işlərinə qarışmamağı məsləhət görüb: "Öz problemlərinizlə məşğul olun və başqa ölkələrin daxili işlərinə qarışmayın”.