Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı oyunlarını davam etdirir, Kremli və şəxsən Rusiya prezidenti Vladimir Putini aldatmağa davam edir.Rusiyanın sosial şəbəkələrində və Telegram kanallarında siyasi ekspertlər, habelə Ermənistanın Telegram kanallarında bununla bağlı rəylər sürətlə yayılır.
İrəvanda Paşinyanın rəhbərliyi ilə aparılan proseslərin kölgədə qalan məzmununu və məğzini anlamaq üçün son günlərdəki təyinatlarda mediada yer almış məlumatları izləmək yetərlidir.
Nikol Paşhinyan Ermənistanın Ali Məhkəmə Şurasına aşkar anti-Rusiya mövqeli birini, Soros Fondunun İrəvandakı bölməsinin direktoru David Xaçatryanı təyin edib. Xaçatryan Ermənistanda iqtidarda olan “Mənim Addımım” partiyasının funksioneridir.
Kiyevdəki Maydan hərəkatının fəal iştirakçısı olmuş Xaçatryan Ukraynanın DİN başçısı, etnik erməni Arsen Avakovun yaxın tanışıdır. Məhz Avakovun dəstəyi ilə o, Soros Fondunun Ukraynadakı nümayəndəliyində “təlim” kursu keçib.
İrəvanda çıxan “Hrapark” qəzetinin baş redaktoru David Xaçatryan Ermənistanla Rusiyanın əlaqələrinin minimuma endirilməsinin tərəfdardıdır.“Bu qəzetdə Rusiyaya qarşı fasiləsiz olaraq yazıların dərc edilməsindən sonra Ermənistandakı səfirliyimiz Xaçatryanı məhkəməyə müraciət edə biləcəyi ilə hədələdi. Buna rəğmən, Ermənistandakı diplomatlarımız XİN başçımız Sergey Lavrovu inandırmağa çalışırlar ki, situasiyaya nəzarət edirlər. Təbii ki, belə deyil”, – rusiyalı ekspertlər yazırlar.
Ermənistanın baş nazirinin yaxın ətrafındakı mənbələrin dediklərinə görə, ABŞ-da
Co Baydenin prezident olmasından sonra Cənubi Qafqazdakı proseslərə Rusiyanın əvvəlki təki təsir edə bilməyəcəyini söyləyən Nikol Paşinyan yeni oyuna başladığını gizlətmir.
“Mənim Addımım” partiyasının parlament fraksiyasının qapalı toplantısında Paşinyan sabiq jurnalist təki obrazlı ifadələrlə Rusiya prezidenti Vladimir Putin barədə deyib: “Mavr işini gördü, mavr gedə bilər”.
Baharda isə Ermənistanda çox güclü anti-Rusiya dalğasının başlayacağını təxminləmək olar.Ekspertlər hesab edirlər ki, Paşinyanın bilavasitə göstərişi ilə Ermənistanda mediada və sosial şəbəkələrdə Rusiyaya qarşı kampaniya başlanacaq, ermənilərə “ruslar bizə dost və qardaş xalqdır, lakin indi Kreml Rusiyanın, illah da Ermənistanın maraqlarını təmsil etmir” fikri təlqin ediləcək.
Qərbin “müstəqil” fondları İrəvanda yeni bölmələr açacaq.
ABŞ Dövlət Departamentinin “Ermənistanda demokratiyanın dəstəklənməsi prosesi” çərçivəsində müxtəlif layihələrə 100 milyon dollara yaxın vəsait ayıracağı da iddia olunur.
Tarix: 23-01-2021, 22:01