Moderator.az “Armenian Report” saytına istinadən xəbər verir ki, hüquqşünas və “Erkir Tsirani” (Əriklər ölkəsi) partiyasının sədri Zarui Postancyan Rusiya Federal Təhlükəsizlik Xidmətinə müraciət edib.
Müraciət ilginc bir tərzdə və nəinki ittihamedici dillə, həm də açıq təhqirlə yazılıb. Partiya sədri Rusiya sərhədlərinin xarici ölkə vətəndaşlarına pandemiya ilə əlaqədar bağlı olduğu bir vaxtda Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın hansı sənəd əsasında Moskvaya daxil olduğu barədə məlumat verməyi xahiş edib.
Müraciətdən bir parçanı təqdim etməklə erməni vəkil qadının, eyni zamanda partiya sədrinin ölkənin baş nazirini və həyat yoldaşını necə təhqir etdiyini nəzərinizə çatdırırıq.
“Qeyd etmək istərdim ki, Ermənistanda 9 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat elan edildikdən sonra, sənəd erməni tərəfinin kapitulyasiyası kimi qəbul edilir. Hazırkı Baş nazir Nikol Paşinyan və məşuqəsi Anna Hakobyan, erməni xalqı tərəfindən dövləti cinayətkarlar kimi qəbul edilir. Anna Hakobyanın adı yerli mətbuatda xarici bir dövlətin agenti kimi hallanır, çünki müharibədən əvvəl və müharibə zamanı tez-tez Artsax Müdafiə Ordusunun hərbi hissələrində olmuş və generalın bunkerindən hərbi əməliyyatlara rəhbərlik etmişdir. Hərbi işlərə müdaxilə etmə və sözdə generalın bunkerində olma faktını Anna Hakopyanın məşuqu- indi Ermənistanın Baş naziri hesab edilən Nikol Paşinyan təsdiqləyib.
Buna görə bir hüquqşünas və siyasətçi olaraq Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətindən bu vətəndaşların Rusiya sərhədini keçdikləri sənəd barədə məlumat vermələrini xahiş edirəm və Rusiya Daxili İşlər nazirliyindən xahiş edirəm ki, onların Rusiyada xüsusi olaraq qalmalarının hüquqi əsasları haqqında məlumat verəsiniz”.
Tarix: 23-01-2021, 10:15