“Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”



Ermənistanda dünən keçmiş president Robert Köçəryanın işi üzrə növbəti məhkəmə iclası keçirilib və bu iclas azsaylı Köçəryan tərəfdarlarının etiraz aksiyası ilə müşaiyət olunub. Etirazçılar arasında Köçəryanın oğlu Levon da yer alırdı.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Xalq Partiyasının sədr müavini Qriqor Arutyunyan həmin aksiyada da səslənən “əgər hakimiyyətdə Köçəryan, yaxud Sərkisyan olsaydı ölkə Qarabağda müharibəni uduzmazdı” məzmunlu fikirlərə münasibət bildirib. Deyib ki, əslində Ermənistan bu müharibədə uduzmayıb, son 25 ildə uduzub, özü də ildən ilə. Və o sual verir: əgər hakimiyyətdə Robert Köçəryan, Serj Sərkisyan və ya Vazgen Manukyan olsaydı Ermənistan uduzmazdı?

Arutyunyan habelə Robert Köçəryanın oğlu, hakimiyyəti tənqid edən Levon Köçəryana sual verir:
“Ey, oğlan, sənin atan şir ovlamağa gedəndə hansı pullarla gedirdi? Nəyə görə biz bu gün uduzmuşuq? Müdafiə xəttindəki səngərlərdən görünür ki, onlar 30 il qabaq tikilmişdi. Nəyə görə Füzuli-Horadiz xəttində müdafiə xətti yox idi? Nəyə görə Köçəryanın oğlu atasına demir ki, şir ovuna getmək əvəzinə ordu üçün bir-iki PUA alardı?”

Qriqoryan deyir ki, yeri gəlmişkən, Qarabağın cənubunda Azərbaycanın nəzarətinə keçən qızıl yatağı da Robert Köçəryana məxsus olub və artıq istismar edilirdi. (Zəngilandakı Vejnəli qızıl yatağı,-red.) . Partiya sədrinin müavini indiki hakimiyyəti də tənqid edib bildirir ki, Paşinyan ordunun əslində nə vəziyyətdə olduğunu ictimaiyyətə çatdırmalı idi. “Araşdırılmalı idi ki, iri hərbi birləşmələrin komandirləri hansı sərvətə malikdirlər və onlar onu necə əldə ediblər. Deyirlər ki, Mehridəki hərbi birləşmənin keçmiş komandiri Qafanda dəbdəbəli motel tikdiribmiş”,-Q.Arutyunyan bildirir.
Yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanata əsasən regionda nəqliyyat və iqtisadi əlaqlərin bərpa ediləcəyini xatırladan Qriqoryan deyir ki, Ermənistan yüklərinin Azərbaycan ərazisindən daşınması ilə bağlı narahatlığa əsas yoxdur. Çünki yükləri Cənubi Qafqaz Dəmiryolları daşıyacaq ki, onun da sahibi Rusiyadır
Tarix: 20-01-2021, 17:13
Xəbəri paylaş



Xəbər lenti