Çeçenistanda Byutukaevin silahlı cinayətkar qrupu məhv edilib


Çeçenistanda Byutukaevin silahlı cinayətkar qrupu məhv edilib
Ramzan Kadırov xüsusi əməliyyata şəxsən rəhbərlik etdiyini açıqlayıb
 
Çeçenistanın rəhbəri Ramzan Kadırov respublika ərazisində quldur dəstəsinin məhv edildiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında məlumat yayıb.
 
Prezidentin sözlərinə görə, Çeçenistanın Qətər-Yurt kəndinin ətrafında xüsusi əməliyyat keçirilib və nəticədə Aslan Byutukaevin federal axtarışda olan altı nəfərlik dəstəsi məhv edilib.
 
Çeçenistan rəhbəri xüsusi əməliyyatın çoxdan planlaşdırıldığını və planın hazırlanmasında şəxsən iştirak etdiyini söyləyib. Bildirib ki, cinayətkar qrup iki dəfə əməliyyatdan xilas olmağı bacarıb: “lakin onlar üçüncü dəfə qaça bilmədilər. Yerindədə öldürülən silahlılardan bəzilərinin kimliyi artıq müəyyənləşdirilib”.
 
“Ali Baş Komandan tərəfindən Çeçenistan Respublikasında asayişi bərpa etmək və terrorçuları məhv etmək vəzifəsini yerinə yetirdik. Federal axtarışda olan Byutukaevin rəhbərlik etdiyi bütün silahlılar məhv edildi”, - deyə kadırov vurğulayıb.
 
Çeçenistan lideri Rusiya Prezidenti Vladimir Putinə cinayətkar dəstənin uğurlu əməliyyatla məhv edilməsi barədə şəxsən məlumat verdiyini qeyd edib: “Vladimir Vladimiroviç bizi uğurlu xüsusi əməliyyat münasibətilə təbrik etdi və ayrı-ayrılıqda Axmat-Hacı Kadırov adına Polis Alayının zabitlərini quldur dəstəsinin ləğvi zamanı peşəkarlıq və qəhrəmanlıq göstərdikləri üçün təriflədi”.
 
Qeyd edək ki, Aslan Byutukaev Doku Umarovla birlikdə 24 yanvar 2011-ci ildə 37 nəfərin öldürüldüyü Moskvanın Domodedovo hava limanında baş verən terror aktının məsuliyyətini öz üzərinə götürmüşdü. İstintaq Komitəsi onu qiyabi olaraq sabit bir silahlı qrup və cinayətkar cəmiyyət yaratmaqda günahlandırırdı. Yoxlanılmamış məlumata görə, Byutukaev 2011-ci ilin martında İnquşetiyadakı xüsusi əməliyyat zamanı öldürülüb.
Tarix: 20-01-2021, 15:13
Xəbəri paylaş



Xəbər lenti