Çin hökumətinin pandemiyaya görə Uhandankı Virusoloji Tədqiqat Mərkəzinin məsuliyyət daşıdığını gizlətmək üçün tibb alimini əsir götürməsi də iddia edilir...
Çinin Uhan şəhərində "dünyanın ilk “COVID-19” xəstəsi" adını alan bir elm adamı hələ bir il öncə itkin düşüb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, müxtəlif mənbələrə görə, Huan Yanlin dünyada hələ də davam edən koronavirus infeksiyasının əlamətləri ilə qarşılaşan birinci insan olub. 2019-cu ilin sonunda hələ dünya həmin xəstəliyin nə olduğunu bilmədən əvvəl ilk dəfə “COVİD-19” diaqnozu bu qadına qoyulub.
Tədqiqatçı-virusoloq artıq bir ildir ki, itkin düşüb və bu müddət ərzində onun itkin düşmə səbəbləri haqqında bir çox fərziyyələr ortaya çıxıb.
Bir fərziyyəyə görə, bəhs edilən tibb aliminin çalışdığı tədqiqat mərkəzi təcrübə əsnasında virusun laboratoriyadan sıza biləcəyi ehtimalı olduğundan pandemiyanın başlanmasına şərait yaradıb. Bununla belə, Çin hökuməti, belə bir ehtimal və ya Huanın şəxsiyyəti ilə bağlı bütün sosial media profillərini və şahid ifadələrini dərhal silib. Çalışdığı Virusoloji Tədqiqat Mərkəzi isə Huanın ilk “COVID-19” xəstəsi olduğunu inkar edir.
Huanın yoxa çıxması ilə bağlı digər bir fərziyyədə Çin hökumətinin alimin ölümünün arxasında olması və ya pandemiyaya görə Uhandankı Virusoloji Tədqiqat Mərkəzinin məsuliyyət daşıdığını gizlətmək üçün onu əsir götürməsi iddia edilir.
Son bir neçə gündə Huanın olduğu yerə və pandemiyanın əsl mənbəyini göstərən açıq dəlillər təmin etmək üçün Çinə beynəlxalq təzyiqlər artıb.
Bir neçə gün öncə Huan ilə işləyən bir alim olduğunu və guya qadının yaşadığını iddia edən bir şəxs tərəfindən Çinin ani mesajlaşma platforması “WeChat”-a bir məlumat yüklənib. Ancaq hələ də Virusoloji Tədqiqat Mərkəzinin veb-saytında onun haqqında ümumiyyətlə bəhs edilmədiyi kimi, Huanın olduğu yer barədə də heç bir faktiki göstərici yoxdur.
Tarix: 20-01-2021, 08:51