Koronavirus epidemiyasının dünyada yayılmasına görə Çin yenidən hədəfə çevrilib. Reyting.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlıq və reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görməli olsa da, bunun əksi baş verib.
“Daily Mirror” yazır ki, ekspertlərin fikrincə, koronavirusun bütün dünyaya yayılmasına Çinin ilk günlərdə bu təhlükəni gizlətməsi səbəb olub.
ÜST-dən bildiriblər ki, Çində erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı.
Qeyd edək ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Tarix: 19-01-2021, 09:26