Navalnının ‘Qələbə’ ilə Rusiyaya dönüşü



Navalnının olduğu təyyarə yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Təyyarədə olan jurnalistlərin suallarına cavab verən Navalnı həbs oluna biləcəyini istisna etməyib.
Bu gün (17 yanvar 2021) axşam rusiyalı siyasətçi, ötən ilin avqustundan Almaniyada müalicə olunan Aleksey Navalnının Moskvaya qayıdacağı gözlənilir. O, “Pobeda” aviaşirkətinə məxsus təyyarə ilə Moskvaya dönəcəyi barədə məlumatı yanvarın 13-də bəyan edib.
Artıq Rusiya hüquq-mühafizə orqanları Navalnı və tərəfdarlarına hava limanında izdihamlı görüşün “qanunsuzluğu” barədə xəbərdarlıq ediblər. Məlumatlara görə, bundan başqa belə xəbərdarlıqlar Rusiyanın müxtəlif şəhərlərindən qarşılama üçün Moskvaya yola düşmək istəyənlərə də edilib.
İndi Aleksey Navalnı Moskvaya çatanda nələrin baş verə biləcəyi ilə bağlı məsələlər onun tərəfdarları ilə əleyhdarları arasında qızığın müzakirə olunmaqdadır.
2020-ci il avqustun 20-də Tomskdan Moskvaya uçduğu təyyarədə Aleksey Navalnının səhhəti kəskin pisləşib. Vəziyyəti kritik olduğundan təyyarə Omsk hava limanına təcili eniş edib. Bir müddət yerli xəstəxanada qaldıqdan sonra o, xüsusi təyyarə ilə Almaniyaya aparılıb. Berlindəki Charite klinikasına 32 gün intensiv müalicəsinə olunub.
Alexey Navalnı Berlindəki xəstəxanada olanda
Alexey Navalnı Berlindəki xəstəxanada olanda
Sentyabrın 2-də alman həkimlər üç müxtəlif laboratoriyanın nəticələrinə istinad edərək Navalnının “Noviçok”la zəhərləndiyini bəyan ediblər.
Bundan 5 gün sonra, sentyabrın 7-də o, komadan ayılıb. Təxminən iki həftədən çox bir müddətdə onun həyatı əhəmiyyətli orqanlarının fəaliyyəti bərpa olunub. Sentyabrın 23-də siyasətçinin müalicəsi başa çatıb.
Azadlıq radiosu

Tarix: 17-01-2021, 21:11
Xəbəri paylaş



Xəbər lenti