“The National İnterest”: “Viktoriya Nulandın təyinatı Rusiya üçün pis siqnaldır”



Məlum olduğu kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden dövlət katibi müavini vəzifəsinə tanınmış diplomat Viktoriya Nulandı təyin edib.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, ölkənin nüfuzlu analitik jurnallarından sayılan “The National İnterest” bu təyinatın Rusiya ilə münasibətlərin daha da pisləşməyə doğru gedəcəyinin işarəti olduğunu bildirib.
Jurnalın redakiya məqaləsində Bayden adminisrasiyasının Kremllə diplomtaik konfrontasiya yolu seçdiyi göstərilib.
Viktoriya Nuland 30 ildən çoxdur ki, Dövlət Departamentində çalışır. Donald Trampın hakimiyyətə gəlməsinə qədər o, Rusiya və keçmiş SSRİ ölkələri üzrə siyasəti yönəldənlərdən biri olub. Xanım Nuland keçmiş prezident Barak Obamanın Ukrayna ilə bağlı anti-Rusiya strategiyasının müəlliflərindən biri sayılır.
Rus dilində mükəmməl danışan Viktoriya Nuland Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının qızğın tərəfdarlarından biri hesab olunur. Bundan başqa, o, rəsmi Moskvanın “hərbi təcavüzünə” qarşı qlobal cəbhənin yaradılmasına çalışanlardan biri olub.
V.Nulandın yenidən gəlişi, sözsüz ki, ən çox Ukraynanı sevindirməlidir. Rəsmi Kiyev onun 2014-cü ildə Maydan hadisələrinə şəxsən mtinqə gələrək etirazçılara dəstək verməsini minnətdarlıqla xatırlayır.
Tarix: 17-01-2021, 21:01
Xəbəri paylaş



Xəbər lenti