Neqativ.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Florida ştat məclisinin binasına edilən hücumdan sonra YPG üzvü olan bir şəxsin tutulduğunu bildirib.
ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı yazılı açıqlamasında YPG təşkilatı
“ABŞ hökuməti tərəfindən xarici terror təşkilatı kimi tanınan PKK-nın şaxəsi” adlandırmaqla iki təşkilat arasındakı əlaqəni qəbul edib.
Floridanın Tallahassi şəhərində yaşayan Deniel Beyker adlı şəxs 10 yanvar tarixində Florida ştat məclisinin binasına hücumda iştirak etməkdə, başqa şəxsləri silahlandıraraq hücuma qoşmaqda ittiham edilir. Nazirliyin açıqlamasında Beykerin 2017-ci ildə suriyada YPG təşkilatına qoşulduğu, şübhəlinin sosial media hesablarında YPG təşkilatında snayper təlimi keçdiyini bildirdiyi və müxtəlif sənədli kadrlarda göründüyü qeyd olunur.
Hurriyyet.org
Tarix: 17-01-2021, 15:25