Paşinyan “istefa” deyənlərə yeni təyinatlarla “cavab verdi”


Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edənlərə cavab olaraq yeni təyinatlarla bağlı qərarlar verməkdədir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazirin qərarı ilə Tiqran Ulixanyan dövlət nəzarət xidmətinin rəisi vəzifəsinə təyin olunub. Bundan əvvəl Paşinyan David Sanasaryanı həmin postdan azad etmişdi.
Ermənistanın baş naziri bundan əlavə, Suren Saakyanı müdafiə nazirinin müavini təyin edib. Keçən həftə Paşinyan Ermənistanın keçmiş polis rəisi Arman Sərkisyanı da müdafiə nazirinin müavini vəzifəsinə gətirmişdi. Bütün bu təyinatlar N.Paşinyanın hakimiyyətini möhkəmləndirdiyini və tezliklə postundan getməyəcəyini deməyə əsas verir.
Tarix: 17-01-2021, 07:08
Xəbəri paylaş



Xəbər lenti