Pompeodan dünyanı çalxalayacaq bəyanat


Pompeodan dünyanı çalxalayacaq bəyanat
Pompeo qeyd edib ki, hələ 2019-cu ilin yayında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub

ABŞ-ın Dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarında hazırlandığını təsdiq edən sənəd yayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Departamentinin saytındakı yazılı bəyanatda deyilir.

"Bu həftə Çinə gələn ÜST-ün istintaq qrupunun həyati vacib fəaliyyətinə kömək etmək üçün Amerika Birləşmiş Ştatlarının hökuməti bu gün Çinin dövlət laboratoriyalarının 2019-cu ildəki fəaliyyəti barədə yeni informasiyanı paylaşır", - bəyanatda deyilir.

Pompeo qeyd edib ki, hələ 2019-cu ilin payızında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub.

Dövlət katibi həmçinin bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-CoV-19 ilə 96% identikdir.

Xatırladaq ki, pandemiya başlayandan dünyada 94 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox insan COVID-19 xəstəliyindən dünasını dəyişib.
Tarix: 17-01-2021, 07:07
Xəbəri paylaş



Xəbər lenti