ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır




İsveçrənin Cenevrə şəhərində növbəti iclasını keçirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşı çıxıb.
AZƏRTAC xəbər verir ki, komitə hələlik belə bir sənədin beynəlxalq səfərlər üçün məcburi olmasına dair tövsiyə verə bilmir. Çünki peyvənd maddələrinin təsir gücünə dair bir çox açıq sualın olması, eləcə də bazarlarda yetərincə peyvənd dozasının yoxluğu və digər məsələlər belə sərt tələbi mümkünsüz edir.
Bundan başqa, komitə koronavirusun son dövrlərdə aşkarlanan yeni variantları ilə bağlı virusun genetik kodlarının diqqətlə araşdırılmasına çağırış edib. Bildirilib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik yeni ştammların daha yaxşı tədqiq edilməsi üçün beynəlxalq səviyyədə elmi əməkdaşlıq gücləndirilməli və nəticələr tədqiqatçılar arasında mübadilə edilməlidir.
Qeyd edək ki, ötən həftələrdə koronavirusun yeni variantlarının aşkarlanması və indiyədək 50-dən artıq ölkədə onlara rast gəlinməsi komitənin iclasının daha erkən keçirilməsinə səbəb olub
Tarix: 17-01-2021, 06:48
Xəbəri paylaş



Xəbər lenti