
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan və qızlarının Köhnə Yeni ili Moskvadakı Puşkin restoranında qeyd etməsi yerli erməniləri narahat etməyə bilməzdi.

Üstəlik, Anna xanımın eqoizmi də təəccüb doğurur, çünki müharibədə minlərlə erməni məhv edildiyi və onun əri Nikolun bu faciənin vaxtında qarşısını ala bilmədiyi, həm də Annanın müharibə zamanı qərar vermə proseslərinə müdaxilə etdiyinə dair kifayət qədər dəlil olduğu, çox sayda erməninin Kremlin Ermənistanı Azərbaycana satdığını iddia etdiyi bir vaxtda, başqasının hesabına əylənmək ilə bərabər Moskvada qızı ilə yeni mənzil seçir. Əgər Rusiya Ermənistana xəyanət edən bir ölkədirsə, o zaman ölkə rəhbərinin ailəsi evi niyə bu ölkədən almalıdır? Sıravi ermənilərin bir çoxu Moskvadakı yeni mənzilin Nikol və Annaya verilən hədiyyələrdən biri olduğuna inanır.
Paşinyan da digərləri kimi parlaq bir karyera qurmaq arzusu qəbulediləndir. Lakin hələ də hər gün Qarabağ döyüş əməliyyatları zonasında erməni əsgərlərinin cəsədləri toplanmaqdadır. Dünən isə bu proses bir günlüyə dayandırıldı. Çünki Azərbaycan Prezidenti ailəsi ilə Şuşaya gəlirdi.
Gəldlər. Şuşanın mərkəzində Azərbaycan Bayrağını qaldırdılar. Cıdır düzündə çay da içdilər. Şəhid Heykəlləri də özləri ilə gətirdilər. Anna unutmayıbsa, onları bir müddət əvvəl əvvəl muğama qulaq asmağa dəvət etmişdi. Buyurun Anna xanım, qonaqlarınız Şuşadadır. Gəliblər. Qarşılayın, süfrə qurun, qulluğunda durun. Amma alınmayacaq. Çünki, Siz Moskvadasınız, hədiyyəlik ev seçimi ilə məşğulsunuz. Heç olmasa ya Nikolu, ya da bunkerdən tanıdığınız və məğlub olsada dil boğaza qoymayan generallardan birini göndərərdiniz...
Erməni xalqının əksəriyyəti bu məğlubiyyətdə Nikol-Anna cütlüyü ilə bərabər Rusiyanı günahlandırdığı, 5-7 minə qədər məhv edilən erməninin qəbrinin üstündəki güllər solmadan, hələ də ərazidən cəsəd qalıqları aşkarlandığı bir vaxtda, Anna Hakobyanın qızı ilə Köhnə Yeni il gecəsi Moskva restoranlarında görünməsi, ardınca "Yeni ili Yeni mənzildə" sevdasına düşməsinin yalnız bir adı adı var: "Xalqın üzunə 3 dəfə tüpürmək".
Ədalət Verdiyev, Hərbi ekspert
Tarix: 16-01-2021, 12:18