Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"


Kreml, Moskva, RusiyaKreml, Moskva, Rusiya

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın çoxdandır ki, İrəvanda mənzili yoxdur. O, Ermənistan hökuməti tərəfindən ona təklif edilən yaşayış yerlərindən imtina edib.

Bizimyol.info xəbər verir ki, hazırda Serj Sarkisyan turizm şəhəri olan Tsaxkadzorda yaşayır. Bu barədə yerli qəzetlərdən biri özəl mənbələrinə istinadən xəbər verib: “Serj Sarkisyan 2021-ci ilin əvvəllərində Tsaxkadzorda gözə görünüb".
Tsaxkadzor şəhəri Tsaxkadzor şəhəri
Mətbuatın yazdığına görə, Sarkisyan restoranlardan birində "yaxalanıb": "Müxbirimiz onu bu yaxınlarda Tsaxkadzordakı restoranların birində mühafizəçilərinin sıx əhatəsində görüb".
Müxbir bildirib ki, Sarkisyan açıq-aşkar depressiyaya düşüb. Restoranda olmasına baxmayaraq, bayram əhvalı əvəzinə onun kədərli görünüşü və ruh düşkünlüyü media təmsilçisinin diqqətini çəkib.
Sarkisyan böyük həcmdə pul mənimsəmələrində ittiham edilsə də, İrəvanda mənzili yoxdur. Bir çoxları bunu "artistlik" kimi qiymətləndirirlər. Ermənistanın yeni hökuməti ona eks-prezident olaraq yaşayış yerləri təklif etsə də, o, bütün variantlardan imtina edib.
Sonda Ermənistan prokurorluğunun Moskvadakı nümayəndəsi, tanınmış iş adamı Kamo Avaqumyan Sarkisyan üçün ayrıca ev tikdirməyə qərar verib.
Serj Sarkisyan Serj Sarkisyan
Mənzillə bağlı yardımın Rusiyadan gəlməsi də təsadüfi deyil. Sarkisyan Rusiyanın ən etibarlı adamı sayılır. O, 2008-2018-ci illərdə Ermənistan prezidenti olub. "Məxməri inqilab" da məhz Sarkisyanın məğlubiyyətini rəsmiləşdirib və hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə nəzarəti ələ keçirib.
Azərbaycanın aktiv əməliyyatları zamanı və ondan sonra Sarkisyanı hakimiyyətə qaytarmaq üçün rəsmi Moskva bir çox vasitələrə əl atsa da, Paşinyan bütün belə cəhdlərin qarşısını aldı. Sarkisyan Qarabağ mövzusunda heç bir güzəştə hazır olmayan tərəf kimi tanınırdı. Madrid prinsipləri onun zamanında təklif olunsa da, Sarkisyan bu varianta da razılıq verməyib. O, 7 rayonun qaytarılması müqabilində Qarabağda ən azı referendum keçirilməsini, yəni praktik olaraq bu ərazilərin Azərbaycandan alınmasını tələb edib. Amma Azərbaycan tərəfi Qarabağın Azərbaycandan qoparılmasına yönələn heç bir təklifi qəbul etməyib.
Nikol Paşinyan Nikol Paşinyan
Hazırda Sarkisyanın kürəkəni, keçmiş səfir Mikael Minasyan öz fəallığı ilə seçilir. Tez-tez Minasyan media nümayəndələrinin qarşısına çıxaraq Paşinyana qarşı qalmaqallı açıqlamalar verir. Bir müddət əvvəl də Minasyan Ermənistanda diqqəti öz üzərinə çəkə bilmişdi. O, qondarma rejimin başçısı Araik Arutyunyanın "gizli sazişdən" əvvəlcədən xəbərdar olduğunu bildirmişdi. Onun sözlərinə görə, Araik hələ bir il əvvəl Qarabağdakı əmlakını ucuz qiymətə satıb - hətta alıcılara pul tapmaqda da kömək edib, onlar üçün bank kreditləri təşkil edib. Minasyan iddia etmişdi ki, Paşinyan kəşfiyyat məlumatları il ətrafındakı insanları hədələyərək sakit dayanmağa və onun qərarları ilə razılaşmağa məcbur edir.
Mikael Minasyan Mikael Minasyan
Bəziləri ehtimal edir ki, Minasyan qaynatasının hakimiyyətə qayıtması üçün çalışır. Digərləri isə hesab edir ki, Minasyan bu variant üçün özünü təklif edir.
Tarix: 15-01-2021, 16:44
Xəbəri paylaş



Xəbər lenti