Moldova və Ukraynadan Rusiyaya strateji tərəfdaşlıq təhdidi: - Dnestryanı bölgə blokadaya alınır
Uzun müddətdən bəri ilk dəfə olaraq Moldova və Ukrayna prezidentləri ikitərəfli münasibətləri yenidən başlatdıqlarını bəyan ediblər.
Ovqat.com-un məlumatına görə, iki ölkənin prezidentləri Maya Sandu və Vladimir Zelenski Dnestryanı ərazidən yan keçən Kiyev — Kişinyov magistralının tikintisinə başlamaq haqda razılığa gəliblər.
Ekspertlərin fikrincə, yeni magistral yolunu hərbi əhəmiyyəti var və tanınmamış respublikanın ticari-iqtisadi blokadasına səbəb ola bilər. Yol layihəsinin Rusiyaya qarşı geosiyasi təzyiq vasitəsi kimi istifadə ediləcəyi düşünülür.
Çərşənbə axşamı Moldova Prezidenti Maya Sandu ilk xarici səfərini Ukraynaya edib. Zelenski ilə görüşün əhəmiyyətini qiymətləndirən Sandu hesab edir ki, bu təşəbbüslə ikitərəfli strateji tərəfdaşlığın yeni səviyyəsinin yaradılması istiqamətində konkret addım atılacaq.
"Son illər Moldova-Ukrayna dialoqu dövlət başçıları səviyyəsində praktiki olaraq dayandırılmışdı. Mən təsdiq edirəm ki, Ukrayna Moldova Respublikası üçün strateji tərəfdaşdır və Ukrayna ilə daimi və praqmatik əməkdaşlığın dəstəklənməsi Moldova Respublikası və prezident institutu üçün mühüm vəzifədir",-xanım Sandu görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib.
Qeyd edək ki, iki ölkə arasındakı diplomatik münasibətlər 2014-cü ildə kəsilmişdi. Moldovanın bundan əvvəlki lideri İqor Dodonun "Krımı de-fakto Rusiya ərazisi" adlandırmasından sonra, Ukrayna Prezidentləri onunla təmaslardan qaçırdılar. İndisə Moldovanın yeni lideri iki ölkə rəhbərinin "ikitərəfli problemlərin, o cümlədən uzun müddət həll olunmamış problemlərin müzakirəsi və həlli üçün" Prezidentlərarası Şura yaradılması haqda razılığa gəldiyini bildirib.
Zelenski də öz növbəsində, Sandu ilə Dnestryanı münaqişəsinin həlli və Ukraynanın "5+2" formatında vasitəçilik rolunu müzakirə etdiklərini söyləyib. "Bir daha vurğulamaq istəyirəm ki, Dnestryanı münaqişənin həlli ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Biz Moldaviyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik", – deyə o, "Krımı Ukraynanın tərkib hissəsi kimi tanımaqdan çəkinmədiyinə" görə Sanduya təşəkkürünü bildirib.
Ekspertlərin fikrincə, Kiyev və Kişinyovu birləşdirəcək müasir magistral yolun tikintisi "ambisiyalı ideyadır". Layihə iki paytaxt arasında yolu beş saata qədər azaldacaq və Ukraynanın mərkəzindən Mərkəzi Avropa ölkələrinə ən qısa yol ola biləcək nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Zelenskinin sözlərinə görə, magistralın tikintisi üçün Dnestr çayında sərhəd körpü keçidinin yaradılması planlaşdırılır.
Bildirilir ki, tikinti planlaşdırılan yol Dnestryanı bölgənin kənarından keçəcək. İndi Kiyevdən Kişinyova gedən yol Kiyev, Çerkas, Kirovoqrad və Odessa vilayətlərindən, daha sonra Dnestryanı bölgənin ərazisindən keçir. Bu yol boyunca səyahət müddəti əslində nəzəri olaraq 6 saatdan bir qədər çoxdur. Amma bu səyahət istər Ukraynada, istərsə də Moldovada avtomobil yolu infrastrukturunun tamamilə dağılması səbəbindən daha uzun çəkir.
Ukrayna və Moldova rəsmilərinin Dnestryanı bölgəni tamamilə blokadaya salmaq niyyətilə yeni yol layihəsinə start vermələri, təbii ki, Moskvada birmənalı qarşılanmayıb. MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixinin fikrincə, sözügedən lahiyə iqtisadi yox, siyasi məqsəd daşıyır:
"Bu ölkələrin hansısa birgə iqtisadi layihələrdə iştirak edəcəyini təsəvvür etmək çətindir, çünki onlar artıq Avropa bazarı uğrunda mübarizədə rəqib olurlar. Buna baxmayaraq, birgə siyasi layihələrdə iştirak etmək ilk növbədə Rusiyaya təhlükə yaratmaq və başqalarının işlərinə qarışdıqlarını bəyan etmək üçün yarışmaq niyyətindən irəli gəlir. Bu məsələdə onlar ümumi dil tapıb Odessa, Kişinyov və Tiraspol arasındakı sərhəd rayonunda siyasi təxribatlara başlaya bilərlər".
Üçüncü sektor" analitik mərkəzinin rəhbəri Andrey Zolotarev də hər iki ölkə lideri üçün başlıca ortaq marağın Dnestryanı probleminə eyni nöqteyi nəzərdən baxışları olduğuna inanır. Onun fikrincə, bu yolun inşası Dnestryanı bölgənin iqtisadi-ticari və hərbi təcridinə kömək edə bilər.
"Kişinyov öz aeroportu vasitəsilə Rusiya sülhməramlılarının uçuşlarını məhdudlaşdırarsa, tam böhranlı vəziyyət yarana bilər. Aydındır ki, bu, Kiyev və ya Kişinyovun deyil, Qərbin maraqlarına uyğundur. Dnestryanı bölgənin təcrid olunması Rusiyaya qarşı yeni geosiyasi təzyiqə çevrilə biər", – Andrey Zolotarev rus mediasına açıqlamasında bildirib.
Tarix: 13-01-2021, 21:50
-
Dünən, 22:51
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
-
Dünən, 22:51
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
-
Dünən, 22:50
Şəxsi Maraqların “Qara Siyahısı və ya Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması
-
Dünən, 22:50
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
-
Dünən, 18:07
ABŞ-İran sazişi: ziddiyyətlər və reallıqlar
-
Dünən, 18:02
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
-
Dünən, 17:55
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı – Şikayət
-
Dünən, 17:53
Azərbaycanda həkim çatışmazlığı: Bölgələrdə vəziyyət necədir? - VİDEO
-
Dünən, 17:39
“Estemol Saç Vitamin Mərkəzi“ külli miqdarda cərimələndi - Əkilən saç çıxmayıb
-
Dünən, 16:42
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-
Dünən, 16:36
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
-
Dünən, 10:44
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
-
Dünən, 10:06
Netanyahu: İranın nüvə silahı olmayacaq
-
15-06-2026, 18:23
Masazırda evlər hələ də su altında qalıb - ADSEA problemi aradan qaldırmır - İnsanlar bezib... - FOTO
-
15-06-2026, 18:18
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
-
15-06-2026, 12:02
Qubada kəndin örüş sahələri satılır? - VİDEO
-
15-06-2026, 11:08
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb- VİDEO
-
15-06-2026, 11:07
Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
-
15-06-2026, 09:09
İsrail vurdu: İranda gözlər başqa ölkəyə çevrildi – Qalibafdan sərt sözlər
-
15-06-2026, 09:04
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
-
15-06-2026, 09:02
ADSEA insanlara belə su içirir - FOTO-VİDEO
-
14-06-2026, 16:53
Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO
-
14-06-2026, 16:46
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?-VİDEO
-
14-06-2026, 16:43
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
-
14-06-2026, 16:35
İndi də müştəriyə belə problem yaradırlar - NARAZILIQ
-
14-06-2026, 16:32
Polis bu rayonda ƏMƏLİYYAT KEÇİRDİ
-
14-06-2026, 11:41
Ukrayna Krıma aparan körpülərə zərbə endirir
-
14-06-2026, 11:30
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
-
13-06-2026, 22:39
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı – Rəsmi
-
13-06-2026, 22:36
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi