Amerika Birləşmiş Ştatlarında (ABŞ) Co Bayden və komandası hakimiyyətə gələndən sonra səfərbər olmalı və şərq istiqamətində daha aktiv siyasətə başlamalıdır, o cümlədən, güc mövqeyindən çıxış eməlidir. Bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer «Focus» nəşrinin səhifələrində müzakirə açıb.
«Təhlükəsizlk və müdafiə syasəti sahəsində 2021-ci il sıçrayışlar ili olacaq - nazir ümid edir. Sıçrayış üçün real şans Co Baydenin inauqurasiyası olacaq. Bayden doğru qeyd edib ki, ABŞ-ın gerçək gücü və uğurunun sirri ondadır ki, o, özünə həmkarlar, müttəfiqlər cəlb etməyi və onlarla ümumi məqsəd güdməyi bacarır». Kramp-Karrenbauerin sözlərinə görə, 2021-ci ildə və sonra «doğru Almaniya siyasəti transatlantika və Avropa maraqlarını barışdıra bilər. Bu, həm də Almaniyanın NATO-dakı sərmayəsinin artmasına aiddir. Üstəlik də yaxn vaxtlarda Almaniya Federativ Respublikası döyüş dronları əldə edəcək - təhlükəsizlik syasəti sahəsində yeni reallığa cavab qismində», - nəşr yazır.
«Bu reallığın bir hissəsi NATO-nun şərq sərhədində Rusiyanın miqyaslı silahlarıdır. O, açıq göstərir ki, Avropa üçün güc mövqeyindən qarşılıqlı anlaşma ilkin şərt kimi, necə əhəmiyyətlidir».Yeni silahların yaradılması və ordunun təchizatı sahəsində birgə Avrpoa layihələri də uzunmüddətli böyük investisiyalar tələb edir:
«Avropa, büdcə, Rusiya, Amerika, Çin - bu il üçün gündəlik gəngindir». Saxel zonasında, Yaxın Şərqdə və Avropada islam terrorçuluğu ilə mübarizəni yaddan çıxartmaq lazım deyil. Təhlükəsizliklə bağlı vəziyyət dəyişib və yeni texnologiyalar, xüsusilə də süni intellektin, səsdən sürətli raketlərin, kiberməkanda və kosmosda yeni imkanların meydana çıxması səbəbilə, yeni reallıq yaranıb.
AzPolitika.info
Tarix: 13-01-2021, 10:04