Peru hakimləri bəyan ediblər ki, koronavirus pandemiyasını «yeni dünya düzəninin müəllifləri», o cümlədən, Mikrosoft şirkətinin qurucusu Bill Qeyts, inestbankir Corc Soros və Rokfeller ailəsinin üzvləri təşkil ediblər.Birmənalı səslənməyən bu qərarı hakimlər Tito Qaleqos, Luis Leqiya və Toni Çanqray çıxarıblar. Onlar izah ediblər ki, koronavirus pandemiyası fors-major çıxıb, çünki bu şəxslərdən savayı heç kim pandemiyanın nəticələri barədə əvəlcədən xəbər verə bilməzdi.
«Cinayət prosesi COVİD-19 pandemiyasının kriminal elitası sayəsində iflic olub - demək olar, bütün ölkələrdə… Dünyanın heç bir hökuməti, fiziki və hüquqi şəxsləri, nə də müdafiə (vəkillər) təsdiqləyə bilmir ki, bu pandemiyanı kimlərsə «proqnoz edə» bilərdimi - yeni dünya düzəninin yaradıcıları Bill Qeyts, Soros, Rokfeller və digərləri istisna olmaqla. Onlar bunu idarə ediblər. Onlar bunu idarə etməkdə davam edirlər - ciddi məxfilik şəraitində və qlobal korporasiyalarda, 2030-cu il layihəsinə tuşlamaqla» - deyə, qərar mətnindən «Pasion por el Derecho» nəşri sitat gətirir.
Peruda məhkəmələrin işinə nəzarət edən idarənin nümayəndələri artıq bəyan ediblər ki, qərar müəlliflərinə yönəlik yoxlama başlanıb. «RPP» nəşri bildirir ki, yoxlamanın nəticələrinə görə, hakimlərin fəaliyyətində qanun pozuntusu olub-olmadığı müəyyən ediləcək.
2020-ci ilin əvvəlində pandemiya fonunda sosial şəbəkədə COVİD-19 ilə bağlı sui-qəsd nəzəriyyələri yayılıb. Versiyalardan birinə görə, hansısa bir dünya gücü
(onların sırasında Bill Qeyts, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Çin hakimiyyəti xatırladılır) məxsusi olaraq, laboratoriyada koronavirus yaradıblar və onu yayıblar ki, planetin sakinlərini evdə otursunlar, onları 5G ilə şüalandırsınlar və sonra “cipləsinlər”.
Rusiyada belə nöqteyi-nəzəri rejissor
Nikita Mixalkov translyasiya edib. Veriliş YouTube-də milyonlarla baxış toplayır…
Sonradan, Qeytsin özü bəyan edib ki, belə nəzəriyələri «inkar etmək çətindir», nədən ki, onlar həddindən artıq «sarsaqdır». Bu arada Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hesab edirlər ki, virus süni şəkildə yaradılmayıb - təşkilatda bu qənaətdədirlər ki, infeksiya insana yarasadan keçib.
Bu məqamdə bir epizodu hörmətli oxucuların nəzərinə çatdırmaq istərdim. Hələ bir neçə ay bundan əvvəl, pandemiya yenicə «start» götürən vaxtlar COVİD-19 koronavirusunun mənşəyi barədə yayılan ziddiyətli, həm də reallıqdan uzaq xəbərlərə münasibət bildirərkən bir məqalə (AKTUAL MÖVZUDA SƏMİMİ SÖHBƏT - COVİD-19 virusunun mənşəyi barədə qəti fikir niyə yoxdur?) yazdım və bildirdim ki, sahə üzrə dünya elmi, alimlər, siyasətçilər, ictimai xadimlər koronavirusun mənşəyi barədə həqiqəti söyləməyə QORXURLAR. Bir müddət sonra Çindən Amerkaya qaçmış virusoloq-alim mənim bu versiyamı tam təsdiqlədi və qorxusundan ABŞ-a qaçdığını bildirdi.Burada bir qaranlıq məsələni də qabartmq yerinə düşərdi. Məlumdur ki, ABŞ prezidenti Donald Tramp hələ bir il bundan əvvəl ölkəsini ÜST üzvlüyündən çıxardıb, amma bunun səbəbi hələ də ortaya qoyulmayıb. Sual oluna bilər: Nə üçün? Cavab birmənalıdır - Tramp ÜST-ün «qorxaqlığını», «qonaqötürənliyini» anlayıb və məlum qərarı ilə buna etirazını ifadə edib.
AzPolitika.info
Tarix: 13-01-2021, 10:02