Alimlər koronavirusu məhv etməyin yeni üsulunu tapdılar


Rusiya və Özbəkistan alimləri müəyyən ediblər ki, zəif dozada şüalanma insana zərər vermədən, karonavirus və onun mutasiyalarını məhv etməyə qadirdir.
KONKRET.az xəbər verir ki, bu barədə Ural Federal Universitetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, universitetin və Özbəkistan Elmlər Akademiyasının alimləri rentgen və ultrabənövşəyi şüaların COVİD-19-a təsirini araşdırıblar.
Araşdırma nəticəsində müəyyən olunub ki, zəif şüalanmanın təsiri ilə insan orqanizmindəki bir çox virusları, o cümlədən də koronavirusu zərərsizləşdirmək mümkündür. Alimlərin sözlərinə görə, bu üsuldan müxtəlif obyektlərin və məkanların dezinfeksiyası üçün də istifadə etmək olar.
Tarix: 12-01-2021, 09:10
Xəbəri paylaş



Xəbər lenti