Rusiyada binada güclü yanğın: 8 nəfər ölüb - VİDEO


Rusiyada binada güclü yanğın: 8 nəfər ölüb -          VİDEO
Xilasedicilər binadan 90 nəfəri təxliyə edib
 
Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kirov rayonunda 1982-ci ildə tikilmiş doqquz mərtəbəli yaşayış binasında qeydə alınıb.
 
İnsident nəticəsində səkkiz nəfər həlak olub. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib. Yanğın 30 kv.m. ərazini əhatə edib. İnsidentin səbəbi müəyyənləşdirilir.

Tarix: 12-01-2021, 08:16
Xəbəri paylaş



Xəbər lenti