Moskva Vətən Müharibəsi zamanı Yerevana 1 milyard dollarlıq silah verib - İDDİA






Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir.

“Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib.  
 

Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.
Tarix: 11-01-2021, 12:55
Xəbəri paylaş



Xəbər lenti