2000-ci illərdə Avropa Birliyinə daxil olmaq üçün addımlar atan Türkiyə artıq osmanlıçı (imperiya nəzərdə tutulur - red.), təhdidkar bir siyasət yürüdür.Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib.
"Türkiyə bu davranışlarından vaz keçməli və problemləri beynəlxalq hüquqa uyğun şəkildə çözməlidir. Biz Kiprdə BMT qərarlarına və AB dəyərlərinə uyğun bir həlli dəstəkləyirik. Lakin həm Türkiyənin, həm də Şimali Kipr lideri Ərsin Tatarın son açıqlamaları, eləcə də Maraşın açılması kimi davranışlar xoşgörülü yanaşmanı mümkünsüz edir", - o bildirib.
Tarix: 11-01-2021, 08:59