Güclü qar İspaniyanı iflic edib - Son 50 ildə ilk



«AzPolitika.info»-nun xarici KİV-ə istnadla verdiyi xəbərə görə, güclü qar yağması səbəbilə, İspaniyada azı 4 nəfər həlak olub. Xəbəri «Euronews» yayıb.
Yerli hakimiyyət ölkənin böyük hissəsini bürümüş tufanı son yarım əsrdə ən güclüsü adlandırıb.
Şahidlər danışırlar ki, qarın altında qalmış maşınları qazıb çıxartmaq və işə salmaq mümkün deyil. Tikinti kranları aşıb, elektrik enerjisinin kəsildiyi müşahidə olunur, su verilişində ləngimələr var, tədris müəssisələrində dərslər ləğv olunur. Madriddə qarın hündürlüyü 50 santimetrə çatır.
Hakimiyyət insanları evdən çıxmamağa çağırır. Sinoptiklər yaxın günlər havanın ciddi soyuyacağını proqnoz edirlər. 
Tarix: 11-01-2021, 08:24
Xəbəri paylaş



Xəbər lenti