Afinadan xain addım: ermənilərə yardımın kirli tərəfi - Video
Yunanıstan Ermənistana ikinci humanitar yardım təyyarəsi göndərib. Neqativ.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat yayılıb. Bildirilib ki, yardım müharibədən zərər çəkmiş ailələrə kömək məqsədi ilə göndərilib. Ancaq diqqət çəkən məqam Yunanıstandan göndərilən yardım ləvazimatlarının üzərində "artsax" adı ilə yanaşı, qondarma "dqr"in əski parçasının qeyd olunmasıdır. Bu addım isə Yunanıstanın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını sübut etmiş olur. (Axar.az)