“Xəstəxanalarımız hər zamankindən daha artıq yüklənib”


Boris ConsonBoris Conson

“Xəstəxanalarımız koronavirus səbəbiylə hər zamankindən daha artıq yüklənib. İnfeksiyaya yoluxanlar daha çox artmağa başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərə prezidenti Boris Conson tvitter hesabında paylaşım edib.
Peyvəndin vurulmasından sonra bir az ümidli olduqlarını vurğulayan Conson, bildirib ki, hələlik insanlar evdən çıxmamalıdırlar.
Qeyd edək ki, ölkədə son sutkada 1325 nəfər koronavirusdan həyatını itirib. 68 min 53 nəfər isə virusa yoluxub. Bu ölkədə virusun yayıldığı gündən ən çox yoluxma kimi dəyərləndirilir.
Tarix: 10-01-2021, 11:30
Xəbəri paylaş



Xəbər lenti