Ara Abramyandan Nikol Paşinyana: “Moskvaya gəlmə, istefa ver!”


bitmap-img6

“Erməni icması baş nazir Nikol Paşinyanın istefasını gözləyir, Moskvaya səfərini yox”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiya Ermənilər Birliyinin rəhbəri Ara Abramyan özünün “Facebook” hesabında yazıb.

A.Abramyan 2018-ci ildə Paşinyan hakimiyyətə gəldiyi zaman Rusiya Erməniləri Birliyinin erməni icmasının iştirakı ilə dəyirmi masa keçirərək bu dəyişikliyə görə narahatlığını və mənfi proqnozlarını dilə gətirdiyini xatırladıb. Qeyd olunub ki, az qala üç ilə yaxın vaxt keçsə də, məhdudiyyətsiz hakimiyyətə malik olan baş nazir Rusiyadakı erməni icmasının ona olan münasibətinin yaxşılığa doğru dəyişməsi üçün heç nə etməyib.

“İndi siz niyə və nə ilə Rusiyaya gəlirsiniz? Siz yenə nə imzalamağa hazırlaşırsınız və başqa nəyi şifahi şəkildə razılaşdıracaqsınız?”,- deyə Abramyan Paşinyanın Azərbaycan lideri ilə gözlənilən görüşü barədə sual edib. Erməni təşkilatının rəhbəri N.Paşinyandan soruşub ki, o, niyə hər şeyi təhvil verməyə belə maraqlıdır?

Bir çox suallarla baş nazirə müraciət edən A.Abramyan sonda bir daha bildirib ki, əgər sizin bu suallara cavabınız yoxdursa, deməli, Rusiyadakı 3 milyonluq erməni icmasını təhqir etməkdən və əsbiləşdirməkdən ötrü Moskvaya gəlməyinizə də ehtiyac qalmır.
Tarix: 9-01-2021, 22:14
Xəbəri paylaş



Xəbər lenti