Ermənistan tərəfi Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün sənədlər toplusu ilə bağlı danışıqlar aparır.Cebhe.info xəbər verir ki, bu iddia ilə Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezidentin kürəkəni Mikayl Minasyan deyib.
O bildirib ki, artıq Nikol Paşinyanın nümayəndələri sözügedən sənəd üzərində danışıqlar aparır:
“Bu sənədi Ermənistan Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlər yaradılması müqabilində imzalamalıdır".Minasyanın sözlərinə görə, sənədlər paketində Ermənistanın üzərinə bir sıra öhdəlik və vəzifələr qoyulur:
“Belə ki, Ermənistan anti-türk siyasəti aparmamalı, həmçinin erməni "soyqırımı"nın beynəlxalq aləmdə tanınması siyasətindən vaz keçməli, diasporun bu istiqamətdəki fəaliyyətindən uzaq durmalı, ərazi iddiasından imtinaya dair sənəd imzalamalı, maddi təzminatdan imtina etməlidir. Həminin "erməni məsələsi"nin öyrənilməsi üçün iki ölkə tarixçilərindən ibarət komissiya yaradılması da paketdə yer alıb. Sənəddə "erməni soyqırımı" sözü utanverici şəkildə "erməni məsələsi" adlandırılıb".
Tarix: 9-01-2021, 15:00