Amerikanın Türkiyə və S-400 qorxusu



Türkiyə ilə ABŞ arasında yaşanan “F-35” və “S-400” münaqişəsinin pərdə arxasındakı məqamlar ortaya çıxmaqda davam edir.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytının yazarı Professor Ata Atunu geniş məqalə ilə çıxış edib. Atunu bildirib ki, haqqında çox danışılan F-35-lərin hələ 2020-ci ildə kütləvi istehsalına başlanılacağı gözlənilərkən, bu proses başlamayıb. Buna səbəb isə F-35-lərdə hələ də çox böyük qüsurların olmasıdır.

Atunun iddiasına görə F-35 mövzusunun iki üzü var:

1. Avropa mediasının şüurlu şəkildə dünyaya verdiyi saxta məlumatlar. Avropa mediasına görə F-35 döyüş təyyarəsi gözə görünməzdir. Heç vaxt radarlara düşmür və görünmür. Hazırda dünyanın ən yaxşı döyüş təyyarəsidir. 

2. Dünyadan gizlədilməyə çalışılan həqiqətlər. Başlanğıcda alman radarları tərəfindən F-35-lərin gözə görünməz olmadıqları, rabitə sistemində çox ciddi boşluqların olması müəyyən olundu. Eynilə Rusiya istehsalı olan S-400 Hava Hücumundan Müdafiə Sistemlərində də F-35-lər 40 km və aşağı məsafələrdə radarda görüntülənib. Eyni zamanda, bu qırıcıların müharibə şəraitinə tam hazır olması ilə bağlı keçməli olduğu simulyasiya testləri hələ də keçirilmir . 

Qeyd edək ki, 2020-ci aprelin 9-da Sakit Okeanda keçirilən təlim əsnasında qəzaya uğrayan F-35 təyyarəsi, eyni halla ötən il mayın 20-də ABŞ-ın Floridadakı Eglin Hava Qüvvələri bazasına eniş edərkən də qarşılaşıb. Bu kimi qəza hallarına dair misalları artırmaq da olar . Mütəxəssislərə görə, F-35 döyüş təyyarəsində 800-dən çox texniki xətanın olduğu və hələ də bunu aradan qaldıra bilmədikləri deyilir. 

Ata Atunu əlavə edib ki, Amerikanın Türkiyəyə verməyə naz elədiyi F-35-lər tam olaraq özünü sübut etməyib: “Ona görə də, Türkiyənin hava hücumundan müdafiə sistemilərinin içində S-400-lərin olması NATO-nun da bazası kimi istifadə etdiyi Konya Hava Bazasının və təlim yerinin dünyadakı ən yaxşılarından olması, Türkiyənin hava müdafiə sisteminin 1-ci sinif olduğunu göstərir. Buna bir də türk əsgərlərinin hərbi qabiliyyətlərini əlavə etdiyimizdə, deməli Amerikanın qorxusu boş deyil”- deyə Ata Atanu qeyd edib.

Neqativ.com
Tarix: 7-01-2021, 13:33
Xəbəri paylaş



Xəbər lenti