Separatçı lider öz mənzilində partlayışa məruz qaldı...-FOTOLAR






Çərşənbə gecəsi Ukraynanın Luqansk şəhərindəki yaşayış binalarından birində partlayış baş verib.

Moderator.az xəbər verir ki,  “İnterfaks” agentliyinin yaydığı məlumata görə, partlayış nəticəsində qondarma “Luqansk Xalq Respublikası”nın (“LXR”) “xalq milis” inin başçısı separatçı Yan Leşenko yaralanıb.  O, yanıq xəsarətləriylə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, separatçının həyatı üçün təhlükə yoxdur.

Partlayışın birbaşa Leşenkonun mənzilində baş verdiyi bildirilir. Partlayış dalğasının üç pəncərədəki şüşəni qırdığı, daxili arakəsmələrə və girişə ziyan vurduğu aydınlaşıb. 

“LPR”-in müstəntiqləri partlayışa səbəb kimi  qaz sızmasını göstərir; sui-qəsd versiyası nəzərdən keçirilmir.

Bununla yanaşı, digər mənbələr, o cümlədən "Lugansk insider" telegram- kanalı partlayışın məişət hadisəsi adı ilə gizlədildiyini bildirir və insidentin separatçı Leşenkonun nəzarət etdiyi ucuz alkoqol və qaçaq siqaret bazarının yenidən bölüşdürülməsi ilə əlaqəli olduğunu istisna etmir. 

Tarix: 7-01-2021, 11:16
Xəbəri paylaş



Xəbər lenti