Çin Xarici İşlər Nazirliyi ABŞ və Tayvan arasında hərbi dialoqun qurulmasına qarşı olduqlarını və inkişafın gedişatına görə lazımi cavabı verəcəklərini bildirib.
Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunçin Tayvanın Çinin milli suverenliyi və ərazi bütövlüyü məsələsi olduğunu deyib.
Onun sözlərinə görə, proseslərin gedişatına lazımi cavabı verəcəklərini, suverenliklərini və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacaqlarını vurğulayıb.
Çunçin ABŞ-ı Tayvanla bütün hərbi və rəsmi münasibətləri dayandırmağa çağırıb.
ABŞ Dövlət Departamentinin
siyasi və hərbi məsələlər üzrə məsləhətçisi R.Klark Kuper Tayvanla siyasi və hərbi dialoq çərçivəsində onlyan görüş keçirəcəyini açıqlayıb.
Tarix: 7-01-2021, 08:27