Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində bəyan edib ki, 2021-ci ilin sentyabrında prezident Putini hakimiyyətdən devirməyə cəhd edəcəklər. Pravda.az-ın xəbərinə görə, çevriliş cəhdi təşkilatçıları ABŞ və Böyük Britaniya olacaq: “Sentyabrda Dövlət Dumasına seçkilər keçiriləcək. Bu seçkilər əvvəlcədən qeyri-legitim və ədalətsiz elan olunacaq. Maydan hazırlığı başlanacaq”.
Markovun sözlərinə görə, ABŞ və Britaniya xüsusi xidməti ilə yanaşı böyük sayda Mərkəzlər, fondlar, KİV və siyasi qruplar bu prosesdə iştirak edəcək. Politoloqun sözlərinə görə, bunun üçün Praqada qərargah qurulacaq.
Markovun sözlərinə görə, Belarusda son hadisələr göstərir ki, vahid liderin mövcud olduğu mərkəzləşmiş hakimiyyət, bu iqtidarın ciddi uğurlar qazandığı barədə ekspert rəyləri həddən çox şişirdilib.
Politoloq deyib ki, bu qüvvələr Rusiyada siyasi rejimin zəif olduğu barədə nəticəyə gələ bilərlər.
Markovun fikrincə, Rusiyada Putinin tərəfdarları cəmlənmiş “Vahid Rusiya” və “Xalq Cəbhəsi” kimi siyasi strukturlar çalışmalıdır. “Amma o qurumlarda ciddi bürokratiya hökm sürür. Parlaq şəxsiyyətlər oradan uzaqlaşdırılıb”-deyə ekspert vurğulayıb.
Politoloqun sözlərinə görə, baş verən çoxsaylı siyasi hadisələrin fonunda bu qurumlar praktik olaraq heç bir reaksiya vermir.
“Belə adamlar belarus televiziyasında da var idi. Onlar Lukaşenkonu satdılar. Rusiya telekanallarında və KİV-lərində kifayət qədər çox sayda adamlar var ki, həlledici məqamda, Maydan başlananda Putini satacaqlar”-deyə Markov bildirib.Azpost.info
Tarix: 6-01-2021, 21:17