Çexiyanın «Mlada fronta Dnes» qəzetinin saytı bazar ertəsi Ostrava (Çexiyanın şimal-şərqi) və Nitra (Slovakiyanın qərbi) şəhərlərində dəfnlərin təşkili və ölənlərin cəsədlərinin saxlanması məsələsində ciddi problemlərin yarandığı barədə xəbər verib.288 min əhalisi olan Ostravanın krematoriyaları gün əzində fasiləsiz işləyir, ancaq ölülərin yandırılmasını çatdıra bilmir. Nitredə (əhalisi 76,5 min nəfər) ölənlərin cəsədlərini saxlamaq üçün qış stadionundan istifadə etməyə hazırlaşırlar. Nitredə dəfn bürosu həddindən artıq yüklənib. Son mənzilə yola salma mərasiminin təşkilinə sifarişlər yanvarın 15-dən tez qəbul olunmur. Ölənlərin cəsədlərini saxlamaq üçün şəhərdə hərəkət edən refrijeratorlardan istifadə olunur.
Yerli bələdiyyə qış stadionunu təqdim etmək niyyətindədir ki, ölülər dəfnə qədər xokkey meydançasının buzu üstündə saxlansın. Ostravanın (Moravskosilezsk diyarı) rəhbərliyi respublika mərkəzi hakimiyyətinə müraciət etmək niyyətindədir ki, ölənləri Çexiyanın digər şəhərlərində olan krematoriyalara göndərsinlər.
Ötən günlər ərzində Slovakiyada epidemiya dövrü ərzində maksimum ölüm halları qeydə alınıb -
204. Ölənlərin ümumi sayı
2521 nəfərə çatıb. Başqa bir məlumata görə, əhalisi 5,5 milyon nəfər olan respublikada daha 610 nəfər virusdan ölüb, amma başqa ölüm səbəbi göstərilib.
Çexiyada (əhalisi 10,71 milyon nəfər) Covid-19-dan ölənlərin sayı
12070 nəfər təşkil edir.
Xatırladaq ki, koronavirusa görə bu respublikalarda fövqəladə vəziyyət rejimi fəaliyyətdədir. Onlar dekabrın 25-də virusa qarşı vaksinin (Pfizer və BioNTech) ilk partiyasını alıblar. Peyvəndləmə elə həmin gündən başlanıb.
Tarix: 6-01-2021, 09:16