Rusiya Avropa ilə sərhədə ballistik raketlər yerləşdirdi - Kritik durum






ABŞ-la Yeni Strateji Silahların Azaldılması Razılaşması ətrafında müzakirələrin aparıldığı bir zamanda ruslar Moskvanın qərbinə bölgəyə ballistik raket sistemləri yerləşdirib.

Teleqraf.com xəbər verir ki, Rusiya ilə ABŞ arasında fevral ayında başa çatacaq Yeni Strateji Silahların Azaldılması Razılaşmasının müddətinin uzadılmasına dair danışıqlar aparılır.

Bununla paralel olaraq Rusiya hökuməti ölkənin müxtəlif yerlərində balistik raket kompleksləri yerləşdirməkdə davam edir.

Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumata görə, YARS model rus istehsalı olan MİR V termonüvə qitələrarası ballistik raket kompleksi Belarus, Ukrayna, Litva, Latviya və Estoniya kimi baltikyanı ölkələrə yaxın olan Kaluqa bölgəsinin Kozelski şəhərində yerləşdirilib.

Vurğulanıb ki, bölgəyə yerləşdirilən ballistik raketlər nüvə riskinin qarşısını almaq məqsədilə ötən il planlaşdırılan proqram çərçivəsində həyata keçirilib.
Tarix: 5-01-2021, 13:34
Xəbəri paylaş



Xəbər lenti